...bazar adamları ilə otura bilmərəm... - - Elçin dilləndi

...bazar adamları ilə otura bilmərəm... - Elçin dilləndi

“Azərbaycanın səsi” mahnı müsabiqəsinin münsif heyətində olan, üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də ala-yarımçıq Elza Seyidcahan, xalq artisti Nazpəri Dostəliyevaya əsəbiləşərək deyib: “Nazpəri xanım hər kəsin tələbələrinin adlarını sadaladı, ancaq mənimkini yox”. Nazpəri xanım isə verilişi tərk edərək, Elzanın sözlərinə belə reaksiya verib: “Mən yarışmanı tərk edirəm, bazar adamları ilə otura bilmərəm”.


P.S. Nazpəri xanım çox düz edərək, Elzanın tələbələrinin adını çəkməyib. Axı atalar yaxşı deyib: “Kor atın kor nalbəndi olar”. Elza Seyidcahanın özü musiqimizə və ədəbiyyatımıza bir ləkədir, onun tələbələri nə olacaq? Qaldı Nazpəri xanımın Elzanı bazar adamı adlandırmasına, bax burada mən onunla razılaşa bilmərəm. Çünki bazar adamları geyiminə, danışığına fikir verən normal insanlar olaraq, pul qazanmağı qarşılarına məqsəd qoyublar və bu yolda gecə-gündüz əziyyət çəkirlər. Amma Elza Seyidcahan geyiminə, danışığına fikir verməyən, heç bir məqsədi, məramı, gələcək planları olmayan bir insandır. Ağlına nə gəldi onu edir, ağzına nə gəldi danışib, gic-gici sözlərdən ibarət şeirlər yazaraq, həmişə özünü gülüş hədəfinə çevirir. Bu baxımdan Elza Seyidcahanın bazar adamlarına bənzədilməsini, onlara təhqir kimi qəbul edirik... 

 

Elçin Məmmədli

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )