Azərbaycan ifaçılıq məktəbinin möhtəşəm uğuru - (+FOTOLAR)

Azərbaycan ifaçılıq məktəbinin möhtəşəm uğuru (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 26-29 Noyabr 2018-ci il tarixlərində Praqa şəhərinin Rus Mədəniyyət Mərkəzində XV Beynəlxalq Art-DUO Musiqi Festivalı baş tutub.

Festivalda iştirak etmək üçün Azərbaycan, Rusiya, Çexiya, Qazaxıstan, Serbiya, Polşa, Belarusiya və Fransadan 150-dən artıq musiqiçi müraciət edib. Bunlardan 70 nəfəri fortepiano nominasiyasının iştirakçıları olub.

Qeyd edək ki, XV Beynəlxalq Art-DUO Festivalıçərçivəsində fortepiano ixtisası üzrə müsabiqə keçirilib.Müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə Birinci prorektoru, professor, Pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva münsiflər heyətinin üzvü olmaqla yanaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə heyəti də çıxış edib.

Art-DUO Musiqi Festivalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri uğurla çıxış edərək müsabiqədə qalibiyyət əldə ediblər. Belə ki, Babayeva Vüsalə – I yervə Qran-Pri (müəllim: professor Nərminə Quliyeva), Hacızadə Suada –II yer (müəllim: professor Samirə Aşumova), Əliyev Alp –III yer (müəllim: professor Rzayeva Lalə) peşəkar ifalar sərgiləyərək müküfatlara layiq görülüblər.

Ümumiyyətlə Azərbaycan fortepiano ifaçılıq məktəbi hər zaman olduğu kimi bu festival çərçivəsində də yüksək ifaçılıq, professional səviyyədə ifalarını nümayiş ediblər. İştirakçıların istedadı və ifaçılıq texnikası xüsusilə qeyd olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )