Saçı qırxılan qadına verilən işgəncə... - - Buna görə cavab verən olacaqmı?... - red. (18+FOTOLAR)

Saçı qırxılan qadına verilən işgəncə... - Buna görə cavab verən olacaqmı?... - red. (18+FOTOLAR)

Ərinə xəyanət etdiyi iddiası ilə saçı qırxılan və bu görüntüləri sosial şəbəkəyə yayılan qadınla bağlı yeni detallar ortaya çıxıb.

Musavat.com hadisə baş verən gün qadına qarşı törədilən işgəncə izlərinin görüntülərini əldə edib. Məlum olub ki, xəyanət etdiyi iddia olunan qadın videoya çəkiləndən əvvəl və sonra vəhşicəsinə döyülüb.

Görüntülərdən bəlli olur ki, qadının bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirilib, bədənində siqaret söndürülüb. Qadının ailəsi iddia edir ki, hətta 5 yaşlı qızlarının əlinə bıçaq verilərək, “get, ananı yarala” deyilib.

Zərərçəkən tərəfin ailə üzvlərinin bu sayaq məhrəm xarakter daşıyan şəkillərin bu formada yayılmasına etiraz etmədiyini nəzərə alaraq görüntüləri təqdim edirik. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )