Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva III Dünya Turizm ve Mədəniyyət Konfransında iştirak edib - (+FOTOLAR)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva III Dünya Turizm ve Mədəniyyət Konfransında iştirak edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki,  3-5 dekabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində III UNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilib.

Tədbirdə müxtəlif ölkələrdən gələn mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər iştirak edib. Konfransda Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri cənab Mehmet Nuri Ersoy ve BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib. Konfrans çərçivəsində G.Əfəndiyeva həmkarları, o cümlədən UNWTO, ISESCO, IRCICA, TÜRKSOY-un rəhbərləri ilə görüşüb və gələcək fəaliyyətə dair fikir mübadilələri aparıb.

Qeyd edək ki, konfrans Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirliyi, UNWTO və UNESCO tərəfindənbirgə təşkil olunub.Tədbirin açılışındaMalta Respublikası Prezidenti Marie Louise Coleiro Preca fəxri qonaq qismində yer alıb.Tədbirdə iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb.

 


 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )