Fizika İnstitutu "Web of Science”də əsas nəşr lideri seçilib - (+FOTOLAR)

Fizika İnstitutu "Web of Science”də əsas nəşr lideri seçilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Dekabrın 5-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatları təqdim edilib.Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu elmi-tədqiqat institutları arasında “Web of Science”də əsas nəşr lideri nominasiyası üzrə supermükafata layiq görülüb. Bundan başqa, tədqiqatçılar arasında təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiya üzrə:

 

1.AMEA Fizika İnstitutunun “Kristalloqrafiya” laboratoriyasının böyük elmi işçisi Ziya Əliyev

 

2. “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilzadə mükafata layiq görülüblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )