Həftəsonu Sumqayıt Dövlət Dram Teatrı nələr vəd edir... - (+FOTOLAR)

Həftəsonu Sumqayıt Dövlət Dram Teatrı nələr vəd edir... (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Yarıməsrlik şanlı yubileyini təntənəli surətdə qeyd etmiş Sumqayıt Dövlət Dram Teatrı yeni yaradıcılıq mərhələsinə qədəm qoymuşdur.

Kollektiv təsdiq edilmiş repertuar planına əsasən hər gün və ya hər həftəsonu cari repertuarında olan və yeni hazırlanmış tamaşalarla Sumqayıt sakinləriunin görüşünə gəlir.

Üzümüzə gələn həftəsonu teatrda dekabrın 7-i xalq yazıçısı Elçinin “Qatil” (14:00), 8-i dekabrda gündüz rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” (saat 12:00, 14:00), axşam isə Con Patrikin “Qocanı öldürməliyik” (18:00), tamaşalarını, dekabrın 9-u istirahət günü yenidən rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” tamaşasını nümayiş etdirəcəkdir.

Tamaşalarda teatrın aparıcı aktyorları Əməkdar artistlər Xatirə Süleymanova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Rauf Ağakişiyev, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlarOktay Mehdiyev, Yalçın Səlimov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Aynur Hümbətova və başqaları iştirak edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )