Caspian European Club və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilib - (+FOTOLAR)

Caspian European Club və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 6-da "Bulvar" oteldə Caspian European Club və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə biznes-forum keçirilib.

Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti qurumların rəhbərləri, iş adamları və ölkəmizdəki diplomatic korpusların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev təmsil etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.
Biznes-forumda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev forum iştirakçılarını salamlayaraq bildirib ki, əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və transit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb. Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirib. O da qeyd olunub ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiscal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Komitə sədri sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sadə və sürətli şəkildə həyata keçirilməsi, ölkəmizin transit potensialının artırılması və digər sahələrdə görülən işlər və gələcək hədəflər barədə də iştirakçıları məlumatlandırıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin 1-ci müavini Anar Süleymanov "Gömrük sistemində islahatların prioritet hədəfi: ticarətin asanlaşdırılması" adlı təqdimatla çıxış edib. Eyni zamanda, "Alliance Assist" şirkətinin direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker" şirkətinin direktoru Xəyal Məmmədxanlı fəaliyyət göstərdikləri sahələr üzrə təqdimatlar nümayiş etdiriblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri forumda iştirak edən sahibkarların suallarını ətraflı cavablandırıb.

Biznes-forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub və Caspian European Club-un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !