Bərdə rayonunda Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir - (+FOTOLAR)

Bərdə rayonunda Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-də görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elimləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi” keçirilmişdir.

Ölkə başçısının tapşırığına əsasən, mütəmadi olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 17-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul etdib. Qəbul çərçivəsində Bərdə şəhərindən olunan müraciətlərdən biri isə məhz görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elimləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş müsabiqəsinin keçirilməsi ilə bağlı olub. Bu istiqamətda Bərdə Regional Mədəniyyət İdarəsi görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elimləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edilmiş “Gənc yazarların müsabiqəsi”ni təşkil etmişdir.

Müsabiqədə 12 gənc birincilik uğrunda mübarizə aparıb.

Müsabiqədə “Bərdə” qəzetinin məsul işçisi Şükufə Əliyeva, Bərdə yazarları Telman Hüseynli və Qabil Əsəd, Tərtər rayon Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, Mingəçevir şəhər Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Tərbiyə Abbasova, Yevlax şəhər MKS- nin direktor müavini Tofiq Məmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə Bərdə rayon MKS- nin direktoru Mirzəyeva Havva açaraq bildirib ki, Mir Cəlal Paşayevin Azərbaycan ədəbi və ictimai mühitində yeri və rolu əvəz olunmazdır. O, qeyd edib ki, Mir Cəlal Paşayev malik olduğu mədəni, ədəbi, elmi, pedoqoji dəyərləri də özü ilə bərabər qalxdığı ucalığa yüksəldə bilmişdi.

Müsabiqəyə yazılarını təqdim edənlər öz şeirlərini və hekayələrini oxuyublar. Sonra əvvəlcədən təsdiq edilmiş münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən ediblər. Müsabiqədə Bərdə rayonundan Qocayev Valeh Ələddin oğlu 1-ci yer, Alıyev Şirin Elşən oğlu, İbrahimova Peykər Alim qızı 2-ci yer, Tərtər rayonundan Tağızadə Sadiq Rafiq oğlu,Məmmədov Bəxtiyar Yaşar oğlu, Yevlax şəhərindənTalıblı Səməd Nemət oğlu 3- cü yerin sahibi olublar.

Şair Telman Hüseynli və Qabil Əsəd gənc yazarlara ədəbiyyat nəzəriyyəsini daha da dərindən öyrənməyi və çoxlu mütaliə etməyi tövsiyə ediblər.

Sonda qaliblər regional idarə adından Diplomla təltif olunublar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )