Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb - (+FOTOLAR)

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə bu ölkədə yaşayan ahıska türkləri ilə görüşüb.

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Tbilisi şəhərindəki ofisində baş tutan görüşdə Birliyin Gürcüstan təmsilçisi İsmail Əhmədov təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.

Daha sonra qonaqlar DİDK və Səfirliyin nümayəndəsi İsmail Əhmədovun müşayiəti ilə Ahıska türklərinin kompakt yaşadığı Ahalsıx şəhərinə yola düşüb.Burada əvvəlcə Samsxe-Cavaxetiya Dövlət Üniversitetində təhsil alan,Azərbaycan vətəndaşı olan, ahıskalı tələbələrlə görüş keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə buradakı tələbə yataqxanasına, Dövlət Komitəsi adından, ərzaq yardımı paylanılıb. Daha sonra qonaqlar ahıskalı tələbələri maraqlandıran məsələləri müzakirə edib, suallarını cavablandırıblar. Tələbələrə problemlərinin həlli ilə bağlı mümkün dəstəyin göstəriləcəyi bildirilib.

Daha sonra nümayəndə heyəti şəhərin Tavarni qəsəbəsində yaşayan,Azərbaycan vətəndaşı olan, ahıska türkləri ilə görüş keçirilib. Görüşdə Dünya Ahıska Türkləri Birliyinin dəstəyi ilə son illər ərzində tarixi vətənləri Axalsıxa köç edən ahıskalı ziyalılar və gənclər iştirak edib. Görüşdə ahıskalılar icmasının problemləri, qayğıları, onları narahat edən məsələlər müzakirə olunub.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !