Kənd təsərrüfatı yüklərini daşıyan vaqonlar mütəmadi dizenfeksiya olunur - (+FOTOLAR)

Kənd təsərrüfatı yüklərini daşıyan vaqonlar mütəmadi dizenfeksiya olunur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 2018-ci ilin 11 ayı ərzində respublikaya daxil olan 1407 vaqondan 498 vaqon yuyulub dezinfeksiya olunub

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsinin əsas vəzifəsi dəmir yolu vasitəsi ilə daşınan heyvanların (iribuynuzlu, quş, arı ailələri, balıq, xəzdərili və s. heyvanlar daxil olmaqla), həmçinin yemlərin baytarlıq-sanitariya tələblərinə uyğunluğunu təmin etmək, heyvanların xəstələnməsinin və ölümünün qarşısını almaq, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən əhalini qorumaq, ümumilikdə, dəmir yolu ilə daşınma zamanı respublika ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq və profilaktik tədbirlər görməkdir.

Hazırda bir sıra ölkələrdən, o cümlədən Rusiya, Ukrayna, Latviya, Belarusiya, Ruminiya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir. Daşınan yükdən boşaldılmış vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır.

Ələt yuma-dezinfeksiya məntəqəsində işlər yüksək səviyyədə qurulub və məntəqə bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Qeyd edək ki, 2018-ci ilin 11 ayı ərzində respublikaya daxil olan 1407 vaqondan 498 vaqon yuyulub dezinfeksiya olunub. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !