Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur - (+FOTOLAR)

Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və rayonun daxili imkanları hesabına Masazır kəndinin Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur.

Əvvəlki yolun hərəkət hissəsinin sıradan çıxması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.Lakin xanım başçının tapşırığı ilə sadalanan problemlər yenidən qurulan küçədə artıq tam olaraq aradan qaldırılacaq.

Hazırda yol yatağının bərkidilməsi işləri aparılır, köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir.

Ümumilikdə Abşeron küçəsinin təqribən 7200 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.

Uzunluğu 1200 metr, eni isə 8-10 metr olan küçədə yenidənqurma işləri Abşeron rayon İcra Hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məlumat üçün bildirək ki, Masazırda əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli təmin olması ilə əlaqədar yeni inşa edilmiş 35/10 kV-luq “Masazır” yarımstansiyasında adıçəkilən kəndin əlaqələndirici xətləri yenilənir.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )