Milli-mənəvi dəyərlərimizin öyrənilməsində oxu mədəniyyətinin rolu Layihəsinə start verilib - (+FOTOLAR)

Milli-mənəvi dəyərlərimizin öyrənilməsində oxu mədəniyyətinin rolu Layihəsinə start verilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki,Tanımış Gənc ictimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun
maliyyə dəstəyilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin
öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrasına
başlayıb. Layihə çərçivəsində ilk tədbir 10 Dekabr Xaçmaz Rayon
Tarix-Diyarşünaslıq Muzeyində baş tutub.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki
rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə
əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib.
S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə
çıxması üçün hər cür şərait var.daha sonra Layihəni məqsədi və
vəzifəsi Haqında Məlumat verib Xaçmaz rayonu, Şəmkir rayonunda
yaşayan 18-29 yaş arası gənclər arasında Xalqımızın milli-mənəvi
irsinin qorunması, təbliği, tədqiqi və onun əsasında oxu mədəniyyəti
ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə
təcrubənin inkişaf etdirilməsi, dövlətin və millətin mənafeyini hər
şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaq layihənin
məqsədidir.bildirib

Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və
mədəni irsimizi ucaldan milli dəyərlərimizi qoruyub saxlamağı
yeniyetmə və gənclərin oxu mədəniyyəti sahəsində lazımi səviyyədə
maarifləndirilməsi; Təlimlərin keçirilməsi; Yeniyetmə və gənclər
arasında Vətənə hörmət hissinin və milli şüura sahib olmanın
incəliklərinin aşılanması;Oxu mədəniyyəti və bağlı yeniyetmə və
gəncləri maarifləndirmə məqsədi ilə infarmasiya çatışmazlığı aradan
qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirilməsidir.

Tədbirin qonağı Çingiz Bayramov gənclərin fərdi layihələrin icrasına
marağının artmasını müsbət hal kimi qiymətləndirib. O deyib ki,
yeniyetmə və gənclər arasında Milli-mənəvi dəyərlərimiz təbliğ
olunması zamanın tələbidir: "Cəmiyyət akvarium deyil. Yaşından,
peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası
olduğu üçün Milli-mənəvi dəyərlərimizə əməl etməlidir. Yeniyetmə və
gənclər cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə!

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )