KXDR ABŞ-ın yeni sanksiyalarına sərt cavab verdi -

KXDR ABŞ-ın yeni sanksiyalarına sərt cavab verdi

ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları genişləndirməsi Prezident Donald Trampın KXDR lideri ilə Sinqapur görüşü zamanı əldə olunmuş sazişlərin ruhuna ziddir. Pxenyanın bu mövqeyini "Rodong Sinmun” dövlət qəzeti dərc etmişdir. Bəyanata səbəb KXDR-in üç vətəndaşının, o cümlədən dövlət başçısı Kim Çen İnin silahdaşının adının sanksiyalar siyahısına salınması olmuşdur.

 

Qəzet Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin (KƏP MK) üzvlərinə qarşı sanksiyaları Vaşinqton tərəfindən düşmənçilik və təxribat kimi qiymətləndirmişdir.

 

Qeyd edək ki, ABŞ KXDR Dövlət Şurasının sədr müavini, KƏP MK Siyasi Bürosu Rəyasət Heyətinin üzvü Soy Ren Xeni, Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Namı və KƏP MK Siyasi Bürosunun üzvü Pak Qvan Xonu qara siyahıya salmışdır. Onlar insan hüquqlarını pozmaqda ittiham edilirlər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !