Dövlət Gömrük Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib - (+FOTOLAR)

Dövlət Gömrük Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 12-si müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günüdür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir.

Bu gün dahi rəhbərin məzarını ziyarət edən paytaxt sakinləri, ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri ilə yanaşı, respublikamızın gömrük orqanlarının çox saylı kollektivi də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət ediblər.

Gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !