Mədəniyyət.AZ jurnalının növbəti sayı oxucularla görüşə gəlib - (+FOTOLAR)

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucularla görüşə gəlib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dərgi bu ilki ənənəsinə sadiq qalaraq, “Azərbaycan Cümhuriyyəti – 100” rubrikası ilə açılır. Professor Asif Rüstəmlinin araşdırma yazısı olan “Mətbuat tariximizdən ilk səhifələr”, Bakının işğaldan azad edilməsinin bir əsrlik yubileyi münasibətilə “Dövlət müstəqilliyinin bəhrəsi” və dahi azərbaycanlı Üzeyir Hacıbəylinin 1918-ci ildə “Azərbaycan” qəzetində işıq üzü görmüş “Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət” məqalələrinin xüsusi maraqla qarşılanacağına ümid edirik.
Dünyada insanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə tədbirləri barədə qeydlərdə ölkəmizin sözügedən mühüm beynəlxalq konvensiyalara qoşulmasından irəli gələn vəzifələr, hamıya örnək sayılan tolerant və multikultural dəyərlərimizdən bəhs olunur.

“Ədəbiyyat” bölümündə nakam şairimiz Mikayıl Müşfiqin məzarının tapılması, 36 il öncə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılması kontekstində dövlətimizin ziyalıya qayğısından söhbət açılır.

XX əsrin nəhəng söz adamı Çingiz Aytmatovun 90 illiyi münasibətilə yer ayırdığımız məqalədə isə təkcə onun həyat və yaradıcılığı deyil, Azərbaycan-qırğız ədəbi əlaqələrinə də işıq tutulur.
Bu il onuncu dəfə baş tutan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının yaşatdığı musiqi bayramının ab-havası, unudulmaz görüş, müzakirə və tədbirlər, Azərbaycana təşrif buyuran əcnəbi sənətkarların ölkəmiz, xalqımız və mədəniyyətimiz barədə fikirləri Samirə Behbudqızının “Yubileylər və premyeralar festivalı” sərlövhəli reportajında...

“Bu kino ki var...” tamaşaçıları İçərişəhərin mənəvi aurasına çəkən, Nəsiminin irfani poeziyası ilə duruldub saflaşdıran, Segah muğamının sehrində ovsunlayan, vətənimizin dünənindən bu gününə süzülüb gələn söz-sənət məcmusu – “İki cahan” ədəbi video-layihəsini təqdim edir.

“Portret”i cızan müəlliflərimizdən biri ulu Cavid yadigarı Turan xanım haqqında xatirələrini bölüşür, digəri böyük alim, Əməkdar elm xadimi Məhərrəm Qasımlının həyat yoluna və elmi fəaliyyətinə nəzər salır. Hörmətli oxucuları “Aşıqlığın Dədə Şəmşir ucalığı”na isə elə Məhərrəm müəllimin özü aparır...
Jurnalın bu sayında Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının 50 yaşı münasibətilə təbrik, Zaqataladakı qoz-fındıq-şabalıd Festivalı, mədəni irsimiz Qobustan barədə yazılarla da tanış olmaq imkanı var.

“Mədəniyyət.AZ” jurnalı həmişəki kimi mahiyyətinə uyğun olaraq ömrünü dəyərli axtarışlara sərf etmiş alimlər və elm yoluna yeni qədəm qoyan gənc tədqiqatçıları tanıtmağa davam edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !