Astarada maarifləndirmə tədbiri... - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Astara)

Astarada maarifləndirmə tədbiri... + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Astara)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara rayonunun Kakalos kənd məscidində maarifləndirmə tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev çıxışında keçirilən layihənin milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği, dini radikalizm və onun fəsadlarının ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd edib. H.İsayev Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunmasında mühüm xidmətlər göstərdiyini bildirib.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı müdrik xidmətlərini, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün həyata keçirdiyi tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Q.Məmmədov əlavə edib ki, ölkəmizdə tolerant və multikultural, həmrəylik və vəhdət kimi ülvi dəyərlərə söykənən dövlət-din münasibətlərinin banisi məhz Heydər Əliyevdir. Natiq əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətində gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların vətənpərvərlik və əsl vətəndaşlıq ruhunda formalaşması kimi məsələlərin əks olunduğunu vurğulayıb.
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. T.Həsənzadə həmçinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Kakalos kənd tam orta məktəbinin müəllimi Cəmil Hüseynov və digərləri çıxışlarında milli-mənəvi və dini dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )