Azərbaycan Milli QHT Forumu Ümummilli lider, Heydər Əliyev və vətəndaş cəmiyyəti mövzusunda tədbir keçirib - (+FOTOLAR)

Azərbaycan Milli QHT Forumu Ümummilli lider, “Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli QHT Forumu (MQF) 12 dekabr 2018-ci il tarixdə Ümummilli lider, Uluöndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib.

Tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. O, həmçinin 1990-cı ildə Naxçıvanda Uluöndər Heydər Əliyevdən aldığı tarixi müsahibə ilə bağlı xatirələrinindən bəhs edib.

Tədbirdə MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova “Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra tədbirdə MQF İdarə Heyətinin sədr müavini, “Beynəlxalq Avrasiya Mətbuat Fondunun” sədri Ümid Rəhimov, MQF İdarə Heyətinin sədr müavini, “Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin sədri İradə Rizazadə, MQF İdarə Heyətinin üzvü, “Türkiyə Universiteti Məzunları” İB-nin sədri Çingiz Bayramov, “Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin” sədri Akif Kərimov, MQF-nin Strateji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İB-nin sədri Asif Əsgərov, MQF-nin İctimaiyyətlə əlaqələr üzrə üzrə vitse-prezidenti, “Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının” sədri Sevil Yusifova, MQF Ekologiya Mərkəzinin direktoru, Müstəqil Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov, “Modern İnkişaf və Ailə” İB-nin sədri Zərifə Quliyeva və digər şəxslər çıxış edərək Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərindən söz açıblar.

Sonda “Modern İnkişaf və Ailə” İB-nin sədri Zərifə Quliyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, müasir Azərbaycan dövlətinin yaradıcısı, Uluöndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib.

Tədbirdən sonra Fəxri Xiyabanda Uluöndər Heydər Əliyevin məzarı ziyarət edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !