Musiqili Teatrda həftə sonu - (+FOTOLAR)

Musiqili Teatrda həftə sonu (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında həftə sonu maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli), 16-da saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək.

Teatr kollektivi balaca teatr sevərlərə dekabrın 14-də saat 11:00-da "Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 16-da saat 11:30-da "Qoğalın məcaraları” (Rus xalq nağılı, rus dilində) və 14:00-da "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili əyləncəli nağıl tamaşalarını göstərəcək.

Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artistləri İlham Namiq Kamal, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Svetlana Bulax, Əkbər Əlizadə, Nəsibə Eldarova, Şövqü Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salmanova, Elçin İmanov, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Nicat Əli, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Elxan İsmayılov, Ağaxan Şərifov, Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Gülnarə Əzizova, Nadir və Səməd Xasıyevlər, Yulya Heydərova, Hüseyn Əlili, Əmrah Dadaşov, Şaban Cəfərov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elməddin Dadaşov, Fərid Rzayev, Pərvin Dadaşova, Telnaz Hüseynova, Zaur Əliyev, Eleonara Mehdiyeva, Nərmin Əliyeva, Güldanə Əzimova, Zarina Qurbanova, Murad Əliyev, Roman Krasnov, Yaqub Bəhramov, balaca aktyorlar Hüseyn Nağıyev və Amin Heydərov ifa edirlər.

Musiqili Teatr həftə sonunu yadda qalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatr sevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcədə iticket.az saytından əldə edə bilərlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !