Goranboy rayonunda epizootik tədbirlər yerinə yetirilir - (+FOTOLAR)

Goranboy rayonunda epizootik tədbirlər yerinə yetirilir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonozxəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası, dezinseksiyası davam etdirilir. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Qızılhacılı kəndində yerləşən “Çənlibel” kəndli fermer təsərrüfatında 2220 kvadratmetr, Qaramusalı kəndində yerləşən Afiq Məmmədova məxsus maldarlıq təsərrüfatında 1130 kvadratmetr, Borsunlu kəndində yerləşən İsgəndərov Elçin İsmayıl oğluna məxsus qoyunçuluq fermasında 1740 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib.
Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Goranboy rayonunda 38220 kvadratmetr ərazidə dezinfeksiya, 39030 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.

Ümumiyyətlə, heyvanlar saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu dövr ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliklərinyayılmasının qarşısını almaq məqsədi ilə 10013 baş iribuynuzlu və 4855 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 4092 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik), 4855 baş qoçlarda infeksion epidedimitə (seroloji) və 692 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkar edilməyib.

Həmçinin cari ilin ötən dövrü ərzində 42095 baş iribuynuzlu, 233468 baş xırdabuynuzlu, 7497 baş cavan iribuynuzlu, 2125 baş təkdırnaqlı heyvanda qarayara, 72360 baş iribuynuzlu heyvanda, 154535 baş xırdabuynuzlu heyvanda dabaq, 41287 baş iribuynuzlu heyvanda infeksion nodulyardermatit, 3142 baş iribuynuzlu heyvanda leptospiroz, 176474 baş xırdabuynuzlu heyvanda çiçək, 41987 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 6469 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4998 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 479163 başda “La-sota” vaksini, 481893 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Goranboy Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.

Hazırda Goranboy Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !