Ağcabədidə Mənəvi dəyərlər və müasirlik mövzusunda tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə “Mənəvi dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 14 dekabr 2018-ci il tarixdə Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzulu layihə çərçivəsində “Mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, şagirdlər, müəllimlər və icma üzvləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva bildirdi ki, son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzda dini durum və gənclərin tərbiyəsi ilə bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər silsiləsində dini maarifləndirmə xüsusi əhəmiyyət daşıyır. Bu günkü tədbirimiz də həmin məsələyə həsr olunmuşdur.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Mənəvi dəyərlər və müasirlik” mövzusunda məruzə etmişdir. Təyyar Hacıyev bildirib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır.
Məruzə ətrafında məktəbin direktoru Fəridə Allahverdiyeva çıxış edərək bildirdi ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək bildirdi ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdırlar. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual, dünyagörüşlü və vətənpərvər olsunlar.
Məruzə ətrafında məktəbin tədris işləri üzrə direktor müavini Sədaqət Nəcəfova da çıxış edərək bildirmişdir ki, belə tədbirlərə bizim ehtiyacımız çoxdur. Çünki milli-mənəvi dəyərlər gənclərin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Ona görə də, bu tədbiri təşkilı edənlərə təşəkkür edirəm və hesab edirəm ki, bu mövzulu tədbirlər gənclərlə aparılan işin tərkib hissəsinə çevrilməlidir.
Sonda Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva tədbiri yekunlaşdıraraq bildirdi ki, bu gün burada səslənən fikirlər bir daha göstərdi ki, milli-mənəvi dəyərlərimiz gənclərin tərbiyəsində, xüsusilə də onların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli yer tutur.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və çay süfrəsi təşkil olundu.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !