Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib - (+FOTOLAR)

Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların gömrük orqanlarında xidmətə qəbulu ilə əlaqədar növbəti müsabiqənin birinci – test imtahan mərhələsi keçirilib.

Müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

İsmayıl Hüseynov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının reallaşmasında Dövlət Gömrük Komitəsidə mühüm rol oynayır. Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İsmayıl Hüseynov nəticədə vacant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vacant yerlərı üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədə uyğun hesab olunub.

Bundan öncə xidmətə qəbulla bağlı keçirilən birinci müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdıran İsmayıl Hüseynov bu dəfə də layiqli namizədlərin müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.
Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.

Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !