AzTU-da Karyera Sərgisi keçirilib - (+FOTOLAR)

AzTU-da Karyera Sərgisi keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Karyera Sərgisi keçirilib.

Sərgidə 72 şirkət tələbə və məzunlarlara ümumilikdə 267 vakansiya üzrə iş yerlərini təklif edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə SOCAR, Bakı Metropoliteni, "Azərişıq", "Azersell", “Baksell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiya Parkı və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Karyera Sərgisinin açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Professor Xalıq YahudovAzTU-da Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərgi ilə yanaşı tələbələrüçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insanresursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib.

Sərginin gənclərin karyera qazanmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən rektor əvəzi, onlara uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşulluq İdarisinin rəis müavini Şahbaz Xələfov da çıxışında sərginin əhəmiyyətinə diqqət çəkib. Qeyd olunub ki, bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir.

Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər.

Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin təmsilçiləri potensial kadrlar seçmək imkanı əldə ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !