Respublika Paralimpiya İdman Kompleksində cüdo idman növü üzrə master-klass keçirilmişdir - (+FOTOLAR)

Respublika Paralimpiya İdman Kompleksində cüdo idman növü üzrə master-klass keçirilmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 14 dekabr 2018-ci il tarixində Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə cüdo idman növü üzrə master-klass keçirilmişdir. Milli Paralimpiya Komitəsinin kişilərdən ibarət milli komandasının baş məşqçisi, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" İbrahim İbrahimov və qadınlardan ibarət millimizin baş məşqçisi, Paralimpiya çempionu Ramin İbrahimov cüdoçularımızı yarışların yeni qaydaları ilə tanış etmişlər. Tədbirdə Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov, vitse prezidentlər İlham Zəkiyev, Yaşar Hacıyev, baş katib Kamal Məmmədov, komitənin mütəxəssisləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirin sonunda İ.Rəhimov idmançılarla görüşərək onlara öz tövsiyyələrini vermişdir.  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !