Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib -

Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib

 AZpress.AZ xəbər verir ki, dekabrın 14-də Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rusiya nümayəndə heyətinə Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsi rəisinin səlahiyyətlərini icra edən Hacıramazan İslamov rəhbərlik edib.

Görüşdə iki ölkənin dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və şəxslərin sərhədkeçmə prosesinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə olunub.

Bundan başqa, görüşdə sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri, mallar və yüklərə dair qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.Eyni zamanda, mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi və digər məsələlər müzakirə edilib.


Sonda tərəflər arasında işçi görüşün protokolu imzalanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !