NİZAMİ MUZEYİ 2018-ci İLDƏ - - (+FOTOLAR)

NİZAMİ MUZEYİ 2018-ci İLDƏ - (+FOTOLAR)

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2018-cı ildə görülmüş işlərin hesabatı Elmi Şuranın 14 dekabr 2018-ci il tarixli iclasında geniş müzakirə edilərək təsdiq olundu.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi elmi-tədqiqat institutu hüquqlu müəssisə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin tərkibinə daxildir və respublikanın ədəbiyyat təmayüllü muzeyləri arasında baş muzey sayılır. Muzeyin əsas vəzifəsi Azərbaycan Ədəbiyyatı tarixini hərtərəfli öyrənib təbliğ etmək, milli ədəbiyyat nümunələrini toplayıb mühafizə etmək, dünya ədəbiyyatı tarixində ədəbi-bədii irsimizin yeri, rolu, əhəmiyyəti ilə geniş kütlələri tanış etmək, muzeyşünaslığın inkişaf etdirilməsi, elmi-tədqiqat və muzeyşünaslıq sahəsində gənc kadrlar – doktorant və dissertantlar yetişdirməkdir.
Hesabat ilində muzeyin əməkdaşları əsasən kollektiv keçici tədqiqatlar üzərində işləmişlər. Elmi işlər muzeyin baş planı əsasında 1 istiqamətdə aparılmışdır: Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi. Bu elmi istiqamətdə 2 problem öyrənilmişdir: 1. Azərbaycan ədəbiyyatının tarixi və nəzəri problemləri; 2. Muzeyşünaslıq. Birinci problem üzrə 7 mövzu, 11 iş, 7 mərhələ, ikinci problem üzrə 5 mövzu, 4 iş, 5 mərhələ işlənmişdir (Ümumilikdə 12 mövzu, 15 iş, 12 mərhələ).
Başa çatan ildə muzeydə və onun filiallarında bir sıra tədbirlər həyata keçirilmişdir.
Yanvarın 18-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “İstiqlal yolunun 20 yanvar aşırımı” mövzusunda elmi sessiya, fevralın 12-də Aran Regional Filialı tərəfindən C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş baş leytenant Əbubəkr İsmayılovun xatirəsinə həsr olunmuş tədbir, fevralın 24-də “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” yeni nəşrinin təqdimatı və “Vətən boyda iki otaq” adlı xatirə gecəsi, fevralın 26-da Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “İfşa edən Xocalı” mövzusunda elmi sessiya, martın 14-də Aran Regional Filialında yel çərşənbəsinə həsr olunmuş tədbir, martın 19-da “Risalə” elmi araşdırmalar toplusunun doktorant və disssertantların məqalələrindən ibarət 12-ci və 13-cü nömrələrinin təqdimat mərasimi, martın 27-də 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı toplantı, aprelin 5-də Aran Regional Filialı tərəfindən Kürdəmir rayonunun Sor-sor kənd orta məktəbində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr olunmuş tədbir, mayın 8-də ümummili lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş, muzeylə “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həmişə bizimlə qalan qurucu” adlı elmi sessiya və ədəbi-musiqili tədbir, mayın 9-da Aran Regional Filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə muğam sənətimizin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsrr olunmuş ədəbi-bədii gecə, mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq qapı” günü, mayın 24-də Aran Regional Filialı tərəfindən Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, iyunun 14-də Milli Qurtuluş Gününə həsr olunmuş “İstiqlalımızı qoruyan qayıdış” mövzusunda elmi sessiya, iyulun 2-də Aran Regional Filialı tərəfindən Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir, iyulun 6-da Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Əbədi şeirin yaşarı Müşfiqi” mövzusunda elmi sessiya, sentyabrın 4-də Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərinə həsr olunmuş “Şanlı və kdərli yüz illər” mövzusunda elmi sessiya, oktyabrın 3-də görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr olunan ədəbi-musiqili tədbir, oktyabrın 15-də Aran Regional Filialı tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunan poeziya günü, oktyabrın 31-də böyük pedaqoq, alim, istedadlı yazıçı mir Cəlal Paşayevin xatirə gecəsi və “Füzuli sənətkarlığı” kitabının, “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşrinin təqdimatı, noyabrın 15-16-da XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq konfrans, dekabrın 10-da ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir, dekabrın 11-də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabının müzakirəsinə həsr olunan tədbir keçirilmişdir.
Hesabat dövründə muzeyin 5718.01 – “Dünya ədəbiyyatı” (fars ədəbiyyatı) ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nərmin Əliyevanın, 5718.01 – “Dünya ədəbiyyatı” (ərəb ədəbiyyatı) ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Cəmilə Dəmirovanın və 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Leyla Bayramovanın, 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Təbəssüm Muxtarovanın, 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Elnarə Zeynalovanın, 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantı Nailə Mustafayevanın dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir.
Muzeyin 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Sevinc Heydərova cari ilin 22 iyun tarixində dissertasiya işini müdafiə etmişdir.
Muzeyin 6220.01- “Muzeyşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə etmiş Altun Mikayıllı 29 iyun tarixində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini təsdiq edən diplomunu almışdır.
Hesabat dövründə muzeyə müxtəlif ölkələrdən gəlmiş qonaqlara və qruplara ekspozisiya üzrə 1751 izahat aparılmışdır (Azərbaycan dilində 580, rus dilində 411, ingilis dilində 410, fars dilində 181, ərəb dilində 169).
Hesabat ilində muzeyin əməkdaşları bir sıra elm, mədəniyyət və təhsil müəssisələrində muzeyşünaslıq və elmin bu və ya digər problemlərinə həsr edilmiş dəyirmi masalarda, konfranslarda, görüşlərdə iştirak etmişlər (AMEA-nın Ədəbiyyat, Şərqşünaslıq, Folklor İnstitutları, H.Cavidin ev muzeyi, BDU, ADPU, Mədəniyyət Nazirliyinin Metod mərkəzi, Xalça muzeyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və s.). AMEA-nın həqiqi üzvü R.Hüseynov, fil.ü.e.d., prof. X.Bəşirli, fil.ü.e.d. Ş.Əlibəyli. fil.ü.e.d., prof. K.Allahyarov, fil.ü.f.d. G.Məmmədova və b.
Əməkdaşların respublika TV-lərində və dövrü mətbuatda çoxsaylı çıxışları olmuşdur.
15-16 noyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqlar qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxal konfrans keçirilmişdir.
Konfrans materialları kitab halında nəşr olunmuşdur:
Hesabat ilində 4695 orta məktəb şagirdi və ali məktəb tələbəsi muzey ekspozisiyası ilə taniş olmuş, onlarla izahatlar aparılmışdır.
Hesabat dövründə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbələri (9 nəfər) və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin IV kurs tələbələri (7 nəfər) 2018-ci ilin fevral-may aylarında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə kursu keçmişlər. Təcrübə proqramı çərçivəsində Muzeyin əməkdaşları tərəfindən tələbələrə Azərbaycan və rus dillərində Muzey ekspozisiyası üzrə izahatlar aparılmış, müxtəlif mövzularda mühazirələr və seminar məşğələləri keçirilmişdir.
Cari ilin 8 may tarixində muzeylə “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Həmişə bizimlə qalan qurucu” mövzusunda elmi sessiya və ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə Bakı məktəbliləriin, Xan Şuşinski adına musiqi məktəbinin və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin çıxışları və ifaları dinlənilmişdir.
11 may 2018-ci il tarixində EBSCO sirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Risalə” elmi araşdırmalar toplusunun EBSCO akademik bazasına daxil edilməsi haqqında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik R.B Hüseynov və EBSKO şirkətinin prezidenti Tİm Kollins arasında müqavilə imzalanmışdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin www.nizamimuseum.az rəsmi veb-saytı 2011-ci ildən fəaliyyət göstərir. Saytın baş səhifəsində muzeyin görüntülərini əks etdirən qısametrajlı videoçarx nümayiş olunur. Səhifənin strukturuna "Muzey", "Nəşrlər", "Konfranslar", "Filiallar", "Media", "Doktorantura", "Problem şurası", "Xəbərlər" və s. bölmələr daxildir. "Muzey" bölməsində muzeyin tarixi, quruluşu, 40-cı illərdən müasir dövrümüzədək bu tarixi məkanı ziyarət edən xarici qonaqlar, görkəmli şəxslər, yazıçı və alimlərə dair məlumatları, onların muzey haqqında dəyərli fikirlərini oxumaq olar. "Nəşrlər" bölməsi vasitəsilə Azərbaycan elmi və ədəbiyyatı sahəsində baş verən ən son yeniliklər, keçirilən tədbirlər, konfranslar, elmi seminarlar haqqında bilgilər əldə etmək mümkündür.
"Media" bölməsində ölkədə ədəbiyyat sahəsində keçirilən tədbirlərə dair fotoşəkillər, videogörüntülər yer almışdır. "Xəbərlər və elanlar" bölməsində isə muzeyin fəaliyyəti və ədəbiyyatına dair yeniliklər, keçiriləcək konfranslar, xarici səfərlər, çap olunan yeni nəşrlər, o cümlədən muzeyin direktoru, akademik Rafael Hüseynovun elmi fəaliyyətini əks etdirən məlumatlar mütəmadi olaraq işıqlandırılır. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytın Facebook və Twitterdə səhifəsi də fəaliyyət göstərir. Burda da xəbərlər mütəmadi olaraq yenilənir.
Muzeyin bütün ekspozisiya zalları üzrə xüsusi elektron informasiya bazası mövcuddur və hər tamaşaçının Azərbaycan dilindən başqa rus və ingiliscə də həmin məlumatlardan istifadəsi üçün imkanlar təmin edilmişdir.
Hesabat dövründə muzey əməkdaşlarının 10 kitabı, müxtəlif elmi məcmuələrdə, qəzet və jurnallarda 102 məqaləsi (xaricdə 6) çap olunmuşdur.
Başa çatan il boyunca muzeydə bir silsilə konfrans, elmi sessiya və yubiley tədbirləri keçirilmişdir. 1. 18 yanvar 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “İistiqlal yolunun 20 yanvar aşırımı” mövzusunda elmi sessiya keçirilmişdir. Tədbiri giriş sözü ilə açan akademik Rafael Hüseynov "İstibdaddan istiqlala" adlı məruzəsində 20 Yanvar hadisələrinin əslində Azərbaycanın sonralar elan edəcəyi istiqlalının, dövlət müstəqilliyinin təməlini qoyması haqqında haqqında ətraflı bəhs etmişdir. Tədbirdə muzeyin X.Naatəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixidir” mövzusunda məruzəsi dinlənilmişdir. Sonda muzeyin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilmişdir. Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunan sərgi də nümayiş etdirilmişdir. 2. 12 fevral 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı tərəfindən C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına həlak olmuş, ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş baş leytenant Əbubəkr İsmayılovun xatirəsinə həsr olunmuş tədbir keirilmişdir. Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin əməkdaşları mayor Natiq Rəhimov, Flora Hüseynova, ARF-nın rəhbəri, fil.ü.f.d. Yaqut Əşrəfova, xalq artisti Eldost Bayram, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinn rəhbəri Jalə Hüseynova və başqaları çıxış edərək Ə.İsmayılovun qısa və şərəfli həyat yolundan bəhs etmişlər. 3. 24 fevral 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” yeni nəşrinin təqdimatı və “Vətən boyda iki otaq” adlı xatirə gecəsi keçirilmişdir. Tədbirdə kitabın elmi redaktoru, akademik Rafael Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan kitabın unudulmaz sənətkarın 110 və Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə işıq üzü gördüyünü qeyd etmişdir. Tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, akademik Vasim Məmmədəliyev, Xalq Artisti Tofiq Bakıxanov, professorlar Telman Ağdamski-Bədəlbəyli, Tariyel Məmmədov və başqaları çıxış etmişlər.4. 26 fevral 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 26-cıi ildönümünə həsr olunmuş “İfşa edən Xocalı” mövzusunda elmi sessiya keçirilmişdir. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sessiyanı giriş sözü ilə açan akademik Rafael Hüseynov “Erməniliyin insanlığa qarşı cinayəti - Xocalı” mövzusundakı məruzəsində Xocalı soyqırımı və bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən bəhs etmişdir. Sessiyada muzeyin elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Xatirə Bəşirlinin “Xocalıya ədalət!” kampaniyasının 10 illiyi”, fil.ü.e.d. Şəfəq Əlibəylinin “Xocalının səsi”, muzeyin X.Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədovaanın “Xocalı faciəsi” məruzələri dinlənilmişdir. Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Xocalı soyqırımının Türkiyə və dünya ictimaiyyəti miyasında böyük nifrət və qəzəblə qarşılandığından bəhs etmişdir. Sessiya çərçivəssində gənc rəssam Günay Mehdizadənin “Xocalı” tablosu nümayiş etdirilmişdir. 5. 14 mart 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialında yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan filialın rəhbəri, fil.ü.f.d. Yaqut Əşrəfova Novruz bayramının müjdəçisi olan çərşənbələrlə bağlı adət-ənənələr, inanclar, mərasimlər haqqında məlumat vermişdir. Sonra tədbirin gənc istedadlarının ifasında şeirlər dinlənilmişdir. 6. 19 mart 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar toplusunun doktorant və disssertantların məqalələrindən ibarət 12-ci və 13-cü nömrələrinin təqdimat mərasimi keçirilmişdir. Muzeyin direktoru, akademik Rafael Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” toplusunun beynəlxalq standart seriya nömrəsi ilə çap olunması və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edilməsi haqqında məlumat vermişdir. Sonda gənc alimlərə toplunun 12 ə 13-cü nömrələri təqdim olunmuşdur. 7. 27 mart 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı toplantı keçirilmişdir. Toplantıda çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov prezident seçkilərinin Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə əlamətdar hadisə olduğunu vurğulamışdır. Ədəbiyyat, məəniyyət və elm xadimlərinin daim Prezident İlham Əliyevin qayğısını hiss etdiyini deyən R.Hüseynov bildirib ki, Azərbaycanın gənc alimləri, elmi ictimaiyyəti seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcək və qarşıdakı 7 ildə ölkəmizin inkişafına, tərəqqisinə səs verəcəklər. 8. 05 aprel 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı tərəfindən Kürdəmir rayonunun Sor-sor kənd orta məktəbində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Regional Filialın rəhbəri fil.ü.f.d. Yaqut Əşrəfova aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirdiyini söylədi. Tədbirdə şəhid Əbu Bəkr İsmayılovun və Tural Qurbanovun qısa, eyni zamanda şərəfli həyatlarından, döyüş şücaətlərindən bəhs olunub, onların xatirələrinə həsr olunmuş şeirlər səsləndirilmişdir. 8. 08 may 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummili lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş, muzeylə “AYTAM” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həmişə bizimlə qalan qurucu” adlı elmi sessiya və ədəbi-musiqili tədbir keçirilmişdir. Eyniadlı məruzəsində akademik Rafael Hüseynov ulu öndərin Azərbaycanın müstəqilliyi, rifahı uğrundakı müstəsna xidmətlərindən söz açaraq, onun gənc nəslin azərbaycançılıq təfəkkürü ilə inkişafında dahi şəxsiyyətin danılmaz rolunu xüsusi vurğulamışdır. Sonra Bakının 45, 212 saylı orta məktəblərinin, Xan Şuşinski adına musiqi məktəbinin və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri şeir və mahnılar ifa etmişlər. 10. 09 may 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə muğam sənətimizin görkəmli nümayəndəsi Eynulla Cəbrayılovun xatirəsinə həsrr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan filialın rəhbəri, fil.ü.f.d. Yaqut Əşrəfova muğamın nəsildən-nəslə ötürülməsində əvəzsiz xidmətləri olan E.Cəbrayılovun yaradıılığından bəhs etmişdir. Sonra Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, akademik Vasim Məmmədəliyev, xalq artisti, professor Mirnazim Əsədullayev, əməkdar artist, professor Vamiq Məmmədəliyev, yazıçı-publisist Yusif Cəfərli şıxış edərək görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb, onun mənəvi keyfiyyətlərindən danışmışlar. 11. 18 may 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq qapı” günü keçirilmişdir. Məlumdur ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunmuşdur. Bu mövzu insanlar arasında sülh əlaqələrinin inkişafında muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır. Bu münasibətlə Milli Azərbaycan Ədəbiyyatı Muzeyini gün ərzində çoxlu sayda insan ziyarət edərək, buradakı sərgi, ekspozisiya, müxtəlif sənədlər, əlyazmalar və s. ilə yanaşı, qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış olmuşlar. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfər təşkil edib. 12. 24 may 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı tərəfindən Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan filialın müdiri, fil.ü.f.d. Yaqut Əşrəfova Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən bəhs edərək AXC-nin 100 illiyinin ölkəmizdə qeyd olunmasının azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət etdiyini söyləmişdir. Tədbirdə Kürdəmir rayon 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova, Kürdəmir rayon Mərkəzi Kitabxananın əməkdaşı Məhinə Şirəliyeva, tarixçi Ağa Zeynalov çıxış etmişlər. Tədbir bədii hissə ilə davam etdirilmişdir. 13. 14 iyun 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş “İstiqlalımızı qoruyan qayıdış” mövzusunda elmi sessiya keçirilmişdir. Tədbirdə eyniadlı mövzu ilə məruzə edən akademik Rafael Hüseynov ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasındakı tarixi xidmətlərindən söz açaraq dövlətçilik tariximizdə, ölkəmizin müstəqilliyinin bərpası və qorunmasında dahi liderin müstəsna rolundan ətraflı bəhs etmişdir. Tədbirdə elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Xatirə Bəşirlinin “Azərbaycanın milli birliyi, bütövlüyü, həmrəyliyinin simvolu: 15 iyun- Qurtuluş Günü”, fil.ü.e.d. Şəfəq Əlibəylinin “Zaman imtahanından çıxmış qurtuluş” mövzularında məruzələri dinlənilmişdir. 14. 02 iyul 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı tərəfindən Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə filialın müdiri, fil.ü.f.d. Yaqut Əşrəfova çıxış edərək görkəmli poeziya ustasının ədəbiyyatımızdakı mövqeyi, lirikasının səciyyəvi xüsusiyyətləri haqqında ətraflı danışmışdır. Daha sonra poeziya həvəskarları şairin şeirlərindən parçalar səsləndirmiş, incəsənət nümayəndələri M.Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa etmişlər. 15. 06 iyul 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Əbədi şeirin yaşarı Müşfiqi” mövzusunda elmi sessiya keçirilmişdir. Eyniadlı məruzəsində akademik Rafael Hüseynov milli poeziya kontekstində M.Müşfiqin şəxsiyyəti və yaradıcılığı haqqında məlumat verərək onun XX əsr Azərbaycan şeirinin ən parlaq nümayəndəsi olduğunu vurğulamışdır. Tədbirdə elmi katib, fil.ü.f.d. Nuranə Əsədullayevanın “Qəlblərdə yaşayan sənətkar”, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlunun “Müşfiq poeziyasında gənclik eşqi”, Gülsəba Həsənovanın “Əbədilik qazanmış Müşfiq obrazı yaddaşlarda və sənətdə” mövzularında məruzələri dinlənilmişdir. 16. 04 sentyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərinə həsr olunmuş “Şanlı və kədərli yüz illər” mövzusunda elmi sessiya keçirilmişdir. Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılması, Qafqaz İslam Ordusunun yardımı ilə Bakının bolşevik-daşnak qüvvələrindən azad olunması haqqında geniş məruzə etmişdir. Tədbirdə fil.ü.e.d. Şəfəq Əlibəylinin “Cümhuriyyət dövrü Azərbaycanın maarifçi qadınları”, fil.ü.f.d. Nəzmiyyə Yigitoğlunun “İstiqlalın hərb yaddaşı” mövzusunda məruzələri dinlənilmişdir.17. 03 oktyabr 2018-ci il tarixində AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilmişdir. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları iştirak etmişlər. Tədbirdə Muzeyin əməkdaşı Nəzakət İbadova S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açmışdır. Daha sonra şairin əsərlərindən nümunələr səsləndirilmiş, sözlərinə bəstələnən mahnılar ifa olunmuşdur. 18. 15 oktyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunan poeziya günü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan filialın müdiri, fil.ü.f.d. Yaqut Əşrəfova Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olmasından bəhs etmişdir. Sonra şairə Yadigar Təvəkkül çıxış edərək M.Araz yaradılığının müxtəlif aspektləri barədə danışmışdır. Poeziya günündə ümumtəhsil müəssisələrin şagirdləri şairin şeirlərindən nümunələr səsləndirmiş, şeirlərinə bəstələnən mahnılar ifa etmişlər. Sonda M.Arazın seçmə şeirlərinin səsləndirilməsində fərqlənən şagirdlər Muzeyin Fəxri Fərmanı ilə və şairin kitabları ilə mükafatlandırılmışlar. 19. 31 oktyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilmişdir. Tədbir çərçivəsində Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabı, həmçinin Mir Cəlal Paşayev və Firudin Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilmişdir. Tədbirdə akademik Rafael Hüseynov M.C.Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs etmişdir. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və başqaları şıxış etmişlər. Sonda “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev atasının yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirdiklərinə və xatirəsini yad etdiklərinə görə təşəkkürünü bildirmişdir. 20. 15-16 noyabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqlar qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxal konfrans keçirilmişdir. Plenar iclası “Dünyanın Xəyyamı, Xəyyamın dünyası” adlı giriş məruzəsi ilə açan akademik Rafael Hüseynov Ömər Xəyyamın həyat və yaradıcılığından bəhs edərək onu yalnız Yaxın və Orta Şərqin deyil, dünya elmi və ədəbiyyatının zirvələrindən biri kimi tanıdığını diqqətə çatdırmışdır. Plenar iclasda həmçinin fil.ü.e.d. Şəfəq Əlibəylinin “Ömər Xəyyam rübailərinin üslubi özəllikləri”, fil.ü.f.d., dos. Səadət Şıxıyevanın “Xəyyam və Nəsiminin xəyal kəsişməsi”, fil.ü.f.d. Ülkər Məmmədovanın “Ömər Xəyyamın məşhur şagirdi Eynəlqüzzat Miyanəçi”, təbrizli professor Məhəmməd Əmin Sultan Ol-Qurrainin “Rubaiyyati-Ömər Xəyyam”, fil.ü.e.d., prof. Qazis Telebaevin “Xoca Əhməd Yasəvi və Ömər Xəyyamın insan haqqında təlimləri” mövzusunda məruzələri dinlənilmişdir. Bölmələr üzrə öz işini davam etdirən konfrans 16 noyabr tarixində başa çatmışdır. Konfransın işində fəallıq göstərən alimlərin bir qrupuna təşkilat komitəsi adından təşəkkürnamələr təqdim olunmuşdur. 21. 10 dekabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Müasir və güclü Azərbaycanın memarı – Heydər Əliyev” mövzusunda tədbir keçirilmişdir. Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycanda dövlətçilik ənənələrinin XX əsr sonlarında zənginləşdirilməsi, müstəqilliyin, iqtisadiyatın möhkəmləndirilməsi ulu öndərin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu söylədi. Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların birləşməsi uğrunda da mühüm işlər gördüyünü xatırladan R.Hüseynov çıxışının sonunda məhz ulu öndərin güclü dövlət siyasətinin bu gün də uğurla davam etdirildiyini, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətlərdən birinə çevrildiyini diqqətə çatdırmışdır. 22. 11 dekabr 2018-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr-XVIII əsrin ilk çərəyi) kitabının müzakirəsinə həsr olunan tədbir keçirilmişdir. Tədbiri “Səfəvilər dövlətinin açılmamış səhifələri və erməniçiliyin köhnə fitnəkarlıqları” adlı giriş məruzəsi ilə açan akademik Rafael Hüseynov kitabın Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşə casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılmasında mühüm vasitə olduğunu bildirib. Tədbirdə həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Xatirə Bəşirlinin "Erməni xülyalarında uydurulmuş Səfəvi xofu", şöbə müdiri, fil.ü.e.d. Şəfəq Əlibəylinin "Casusluğa aparan dini satqınlıq Səfəvi dövlətində Qərb agenturasının əsas zənciri - ermənilər", şöbə müdiri, fil.ü.e.d., prof. Kamil Allahyarovun "Səfəvilər dövründə dövlətə qarşı erməni xəyanət və təxribatları", Tarix İnstitutunun şöbə müdiri, tar.ü.e.d., prof. şahin Fərzəliyevin "Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk çərəyi)” adlı monoqrafiyası ilə bağlı bəzi mülahizələrim" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimovun "Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ifşa olunması yolunda ilk cəhd" mövzusunda məruzələri dinlənilmişdir.
Hesabat dövründə AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/21 saylı qərarı ilə elmlər doktoru hazırlığı üzrə doktoranturaya 5718.01- “Dünya ədəbiyyatı ” ixtisası üzrə 1 nəfər qəbul olmuşdur. AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/22 saylı qərarı ilə muzeyin fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına 5716.01- “Azərbaycan ədəbiyyatı” (1 yer), 5715.01- “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” (1 yer), 5718.01- “Dünya ədəbiyyatı” (1 yer), 6220.01- “Muzeyşünaslıq” (1 yer) ixtisasları üzrə 4 nəfər qəbul olmuşdur. Eyni qərarla muzeyin elmlər doktoru hazırlığı üzrə dissertanturasına 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 1 nəfər qəbul olmuşdur. AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli 7/23 saylı qərarı ilə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 5716.01 – “Azərbaycan ədəbiyyatı” (1 yer), 5718.01 - “Dünya ədəbiyyatı” (1 yer) ixtisasları üzrə qəbul həyata keçirilmişdir.
Hesabat dövründə muzeyin 5718.01 – “Dünya ədəbiyyatı” (fars ədəbiyyatı) ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Nərmin Əliyevanın, 5718.01 – “Dünya ədəbiyyatı” (ərəb ədəbiyyatı) ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Cəmilə Dəmirovanın və 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Leyla Bayramovanın, 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə sabiq doktorantı Təbəssüm Muxtarovanın, 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Elnarə Zeynalovanın, 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisasından elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantı Nailə Mustafayevanın dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir.
Muzeyin 5715.01 – “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Sevinc Heydərova cari ilin 22 iyun tarixində dissertasiya işini müdafiə etmişdir.
Muzeyin 6220.01- “Muzeyşünaslıq” ixtisası üzrə dissertasiya müdafiə etmiş Altun Mikayıllı 29 iyun tarixində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini təsdiq edən diplomunu almışdır.
AMEA Rəyasət Heyətinin 15 may 2018-ci il tarixli 10/9 saylı qərarına əsasən muzeyin strukturunda qismən dəyişiklik edilmiş, muzeyin Xaqani Şirvani adına Aran Regional Şöbəsi Aran Regional Filialı adlandırılmışdır.
06 iyul 2018-ci il tarixində muzeyin 17 nəfərdən ibarət Qadınlar Şurası təsis edilmişdir. Şuranın sədri fil.ü.f.d. Sevinc Heydərova seçilmişdir.
2018-ci ildə 9 elmi şöbə, kitabxana muzeyin elmi istiqamət və problemləri üzrə fəaliyyətini davam etdirmişdir. 1. “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsi; 2. “Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsi; 3. “Komporativistika və bədii tərcümələr” şöbəsi; 4. “Mədəni irs və mənbəşünaslıq” şöbəsi; 5. “Elmi inkişaf və tədris layihələri” şöbəsi; 6. “Ədəbi mərasimlər və nəşrlər” şöbəsi; 7.”Ekspozisiyanın izahı, qorunması və audio-müşayiətin təmini”şöbəsi; 8. “Bədii tərtibat və bərpa” şöbəsi; 9. “Ədəbi salnamə. Bədii-sənədli video-xronikalar” şöbəsi. “Kitabxana və informasiya mərkəzi”. Həmçinin “Təhsil”, “İctimaiyyətlə əlaqələr və mətbuat”, “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbələri də müvafiq əsasnamələrinə uyğun öz fəaliyyətlərini davam etdirmişlər.
Bu ildə 23 nəfərdən ibarət olan Elmi Şuranın 10 iclası keçirilmişdir. Elmi şuranın iclaslarında muzeyin elmi-tədqiqat sahəsindəki fəaliyyəti, ekspozisiyanın və fondun zənginləşdirilməsi, kollektiv elmi-tədqiqat topluları üzrə aparılan işlər, yubiley sərgilərinin hazırlanması, müxtəlif kitabların çap edilməsi, muzeyin Respublikanın ədəbiyyat muzeyləri ilə əlaqəsi, muzeyə kütləvi gəlişin təşkili, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Muzeyin əməkdaşları AMEA-nın həqiqi üzvü R.Hüseynov, fil.ü.e.d., prof. X.Bəşirli, fil.ü.e.d., prof. K.Allahyarov, fil.ü.e.d. Ş.Əlibəyli, fil.ü.e.d., prof. A.Qasımova təqdim edilmiş dissertasiyalara opponentlik etmiş, müxtəlif dissertasiyalara mütəxəssis rəyi vermişlər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !