Külli miqdarda pul mənimsəyən qadın həbs edildi – - BAKIDA (+FOTO)

Külli miqdarda pul mənimsəyən qadın həbs edildi – BAKIDA (+FOTO)

Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəyən dələduz qadın həbs edildi.

Minval.info xəbər verir ki, bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirlinin şikayəti əsasında bir qrup qadınla dələduzluq edən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə N. Nəsirlinin vəkili Fərid Həsənov məlumat verib.

Cinayət işinə 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən baxılıb və G. Əliyeva barədə həbs-qəti imkan tədbiri seçilib.

Məhkəmənin qərarından narazı qalan G. Əliyeva işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmiş, lakin apellyasiya şikayətinə 13 dekabr 2018-ci il tarixdə baxıldlqdan sonra şikayət təmin edilməyib.

Xatırladaq ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Dələduz qadın yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib. Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb, ümumiyyətlə, VÖEN-i olmayıb. Həmçinin, G. Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib.

Araşdırma zamanı həmin mağazaların G. Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

Aldandığını anlayan N. Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da dələduz qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, 08 dekabr tarixində 18-ci bölmənin polis əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G. Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.

Məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. Tələb qüvvədə qalıb.

İstintaq davam edir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !