İrəvan Teatrı qastrol səfərini anşlaqla davam edir - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

İrəvan Teatrı qastrol səfərini anşlaqla davam edir + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

Yerli icra hakimiyyəti oraqanlarının təşəbbüsü ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 17-də Sabirabad rayonunda qastrol səfərində olub.
Teatr kollektivi, Sabirabad rayon mədəniyyət mərkəzində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə Sabirabad sakinləri qarşısında çıxış edib. Anşlaqla keçən tamaşa izləyicilər tərəfindən böyük sevgi, alqışlarla qarşılanıb.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Gültac Əsgərova, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu çıxış ediblər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !