Lənkəranda Taekvondo idman növü üzrə ilin yekunları müzakirə olunub - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəranda Taekvondo idman növü üzrə ilin yekunları müzakirə olunub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran Olimpiya İdman Kompleksində Taekvondo idman növü üzrə 2018- ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və idman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, 2018-ci il həm rayonun, həm də ölkənin idman həyatında uğurlu nəticələrlə yadda qalıb. Prezident İlham Əliyevin idmana və idmançılara yüksək diqqət və qayğının nəticəsi olaraq respublikanın hər bir bölgəsində olduğu kimi Lənkəranda da idmanın bütün növləri üzrə uğurlu nəticələr qazanılıb. Bu ilin oktyabrın 15-də Ölkə başçısının iştirakı ilə istifadəyə verilən Lənkəran Olimpiya İdman Kompleksi rayonda idmanla məşğul olan bütün idmançıların, eləcə də böyüməkdə olan gənc nəslin sevincinə səbəb olub, onların idmançı kimi yetişməsində və beynəlxalq yarışlarda iştirakına təkan verib.
Tədbirdə “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmət Məktəbinin direktoru İdrak Dadaşov və şəhər 7 saylı məktəbin direktoru Ülviyyə Əliyeva il ərzində qazanılan uğurlardan, əldə olunmuş nəticələrdən danışaraq, gənc idmançılara tövsiyələrini veriblər.
Respublikanın əməkdar məşqçisi Vüqar Soltanov yetirmələrini il ərzində əldə etdiyi uğurlar münasibətilə təbrik edərək , 2019- cu ildə qarşıda duran vəzifələr və məqsədlər haqqında danışıb.
Tədbirdə iştirak edən Lənkəranın fəxri idmançısı, hal-hazırda taekvondo üzrə kişilərdən ibarət milli komandanın kapitanı, üç qat Avropa mükafatçısı, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı, London-2012 Olimpiya oyunlarının dünya təsnifat turnirinin qalibi , IV İslam Həmrəylik oyunlarının qalibi Ramin Əzizov çıxışında gənc idmançıları əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edərək, onlara özünün uğur hekayəsini danışıb.
Tədbirin sonunda il ərzində uğur qazanmış idmançılara Lənkəran Şəhər Gənclər və idman İdarəsinin Fəxri Fərmanları, eləcə də Dünya Taekvondo Federasiyasının rəsmi nümayəndəsi Oh Kvon Çolun rəhbərlik etdiyi qara kəmər dan imtahanından uğur qazanmış 27 idmançıya Taekvondo idman növü üzrə Beynəlxalq dərəcəli qara kəmər, 1,2,3 və 4-cü dan dərəcələri, Dünya Taekvondo Federasiyasının sertifikatları təqdim olunub.
 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )