Əlyazmalar İnstitutunun illik hesabatı yüksək qiymətləndirilib - (+FOTOLAR)

Əlyazmalar İnstitutunun illik hesabatı yüksək qiymətləndirilib (+FOTOLAR)

18 dekabr 2018-ci iltarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi Şuranın növbəti yığıncağı keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov iclasda institutun illik hesabatı ilə bağlı geniş məruzə ilə çıxış edib. Hesabat məruzəsindəşöbələrdə aparılan tədqiqat işləri, çap olunan kitablar, elmi ezamiyyətlər, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə bağlanan əməkdaşlıq müqavilələrinin icrası və digər məsələlər əhatə olunub.
Məruzə ətrafında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və institutun digər əməkdaşları çıxış etmişlər.
Sonda AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Məmmədova çıxış edərək hesabatı yüksək qiymətləndirdi və kollektivə növbəti ildə də uğurlar dilədi
Bütövlükdə hesabat qənaətbəxş hesab edildi.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !