Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib - (+FOTOLAR)

Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Bir dəfə Azərbaycana gələn onu unutmayacaq. Xəzər dənizinin səsi, sakit küçələr və səxavətli insanlar - zaman keçdikcə xatirələr bizi bu gözəl yerlərə qaytaracaq. Sözlərlə bunları çatdırmaq çox çətindir, amma istedadın köməyi ilə hər şeyi edə bilərsiniz”. Bu sözlər Rusiyanın “Business-dialog media” təşkilatının baş icraçı direktoru, Rusiya Jurnalistlər İttifaqının üzvü Mariya Suvorovskayanın “Xəzər üzərində yelləncək” adlı ilk kitabında yazılıb.

Yeri gəlmişkən, bu günlərdə hər hansı bir yazıçı üçün simvolik olan yerdə - Rusiyanın Bolşoy Vyazemi, Puşkin Muzeyində kitabın təqdimatı keçirilib. Onu da deyək ki, bura təsadüfən seçilməyib: burada böyük rus şairinin uşaqlığı keçib. Bu yerlərdə, Moskva yaxınlığında olan nənəsinin malikanəsində Puşkin, ilk növbədə rus təbiətinin gözəlliyini görüb, burada ilk şeirlərini yazmağa başlayıb, burada böyük bir şair kimi formalaşıb. Buradakı yaradıcılıq mühiti hələ də hakimdir və təntənəli təqdimatın keçirildiyi qədim Şömine salonu uzun müddət onun yaradıcılığının güc mərkəzi hesab olunub.

Azərbaycan ilə Rusiya köhnə və etibarlı dostdur. Ölkələrimizin uzunmüddətli dostluğu və birgə tarixi vardır. Ona görə də təqdimat Azərbaycan ilə Rusiya dostluq münasibətlərini inkişaf etdirməyə kömək edən insanlar tərəfindən açılıb. Beləliklə, təqdimatda dövlətlərimiz arasında bir növ mədəni əlaqə yaradan - Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycan Respublikasının iqtisadi məsləhətçisi Şövqi Mehdizadə, Moskva Regional Dumasının Təhsil, Mədəniyyət və Turizm Komitəsinin sədri Oleq Rojnov, Moskva Regionu üzrə Jurnalistlər İttifaqının sədri Natalya Çernişova və "Business dialog media"nın redaksiya heyətinin sədri Vadim Vinokurov və digərləri iştirak ediblər. Həmçinin ictimaiyyət və mədəniyyət xadimləri, biznes nümayəndələri, dostları və həmkarları malikanəyə Mariya Suvorovskaya dəstək olmaq üçün gəlib, onun yaradıcılığının debütünü təbrik ediblər.

Təqdimatda olan hər şey simvolik bir məna daşıyıb. Belə ki, masalarda Azərbaycanın milli rəmzi olan nar nümayiş olunub. Onun dənələrinin dəyəri Mariya Suvorovskayanın kitabında təsvir etdiyi həyat zənginliyini ifadə edir.

Qeyd edək ki, master-klasslar qonaqlar tərəfindən, xüsusi qarşılanıb. Belə ki, milli simvollar çəkilib və ya milli mətbəxdən yemək hazırlanıb. Azərbaycan mətbəxi haqqında çox şey söylənilir. Bəzi səyahətçilərin gülərək dedikləri kimi, Bakı yeməkləri - bir ömürlük sevgidir. Buna görə kitabın hər bir fəsli Azərbaycan yeməyi adlanır və ənənəvi resept ilə başa çatır. Təqdimatda baş aşpazla hər kəs dolmanı və plovu birgə bişirib. Daha sonra isə dəvət olunmuş rəssam nar şəklini çəkib.

Bütün gecə azərbaycanlı müğənnilər Müslüm Maqomayev və Rəşid Behbudovun sevilən mahnıları səsləndirilib.

Təqdimatın sonunda qonaqlara Mariya Suvorovskaya tərəfindən imzalanmış və təşəkkür sözləri yazılmış "Xəzər dənizində yellənçək" adlı kitab təqdim olunub. Sonda müəllif kitabın növbəti təqdimatını 2019-cu ildə Azərbaycanda edəcəyini elan edib.

Xatırladaq ki, Mariya Suvorovskaya 21-ci əsrin qadınlarındandır. O, işgüzar qadın, naşir, ictimai xadim və qayğıkeş anadır. Mariya Suvorovskaya bir neçə dəfə Azərbaycana gəlib, buna görə əsəri Azərbaycana olan məhəbbətinin simvolu olub.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !