Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans işini davam etdirmişdir - (+FOTOLAR)

Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans işini davam etdirmişdir (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 18-i Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən 9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda beynəlxalq konfrans işini davam etdirmişdir. İnstitutun direktoru, akademiyanın vitse-prezidenti İradə Hüseynova konfransı giriş sözü ilə açaraq bildirmişdir ki, bu gün Cəlal Əliyeva həsr olunmuş konfrans məhz onun tərəfindən əsası qoyulan institutda öz işini başa vurur. İ. Hüseynova xüsusilə vurğulamışdır ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin akademik Cəlal Əliyev adına mükafat təsis etməsi onun dünya səviyyəli alim kimi tanındığının sübutudur və bu Azərbaycan elmi üçün əlamətdar hadisədir.

Konfransın davamında b.ü.e.d. Şahniyar Bayramov, b.ü.e.d. Səftər Süleymanov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Tofiq Allahverdiyev, institutun gənc alimi Səmra Mirzəyeva, institutun qonaqlarından Fransa Milli Kənd Təsərrüfatı Elmi Tədqiqatlar İnstitutundan doktor Ahmad Kheyr-Pour maraqlı məruzələrlə çıxış etmiş və verilən sualları ətraflı cavablandırmışlar. Sonda akademik Cəlal Əliyevin tələbəsi, hazırda Pusan Dövlət Universitetinin tədqiqatçı professoru İsmayıl Zülfüqarov müəllimi haqqında xatirələrini bölüşərək gənclərə onun yaratdığı məktəbin layiqli davamçısı olmağı arzuladı.
 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !