Sumqayıt Dövlət Dram Teatrında asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında son vaxtlar bir birindən maraqlı, asudə vaxtın səmərəliliyinə və bədii estetik zövqün formalaşmasına xidmət edən tamaşalar hazırlanır. Kiçik yaşlı uşaqları da nəzərə alan yaradıcı heyət onların yeni il tətilinin maraqlı və yaddaqalan keçməsi üçün şən, şux, əyləncəli karnaval tamaşası hazırlayıb.

Bu gün "Çeburaşkanın Yeni il sərgüzəştləri" adlı tamaşaya daxili baxış keçirildi.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov öncə yaradıcı heyəti təbrik etdi. Mövzu aktuallığı, karnaval prinsiplərinin gözlənilməsi və tempo-ritm baxımından uğurlu cəhətləri qeyd etdi. Amma bəzi oyunçulara balaca tamaşaçılarla ünsiyyətin səmimi alınmasından ötrü pafosdan qaçmağı tövsiyə etdi və tamaşanın ayrı ayrı məziyyətlərinivurğuladı. Həmçinin yeni yaradılmış məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri təəssüratlarını yaradıcı heyətlə bölüşdü.

Tamaşa qəbul olundu. Qeyd edək ki, yeni il tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı Alya Osmanova, rəssamı Nizami Dadaşovdur Rəqslərin quruluşu Ceyhun Dadaşova məxsusdur.

Rollarda əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Sevda Süleymanlı, Sevda Hüseynova, İlahə Səfərova, Elay Xasıyev oynayırlar.

Balaca tamaşaçılar "Çeburaşkanın Yeni il sərgüzəştləri" ilə dekabrın 27-dən, 2019-cu il yanvarın 3- nə qədər tanış ola biləcəklər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )