Region Gənclərinin Sahibkarlıq Məktəbi layihəsinə başlanıb - (+FOTOLAR)

“Region Gənclərinin Sahibkarlıq Məktəbi” layihəsinə başlanıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 18 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinin təlimlərinə başlayıb. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihədə Mingəçevirdə yaşayan və şəhərin ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimin ilk günündə “İşıqlı Gələcək” GİB-in icraçı direktoru və layihə rəhbəri Rəşad Qurbanov gənclərə layihə haqqında məlumat verib. R.Qurbanov iştirakçılar arasında iqtisadiyyat sahəsində təhsil alan gənclərlə yanaşı, humanitar və digər sahələr üzrə təhsil alan gənclərin iştirak etməsinin layihənin uğurlu keçəcəyinə olan inamdan irəli gəldiyini vurğulayıb. O, həmçinin gənclərin ilkin iqtisadi biliklərə yiyələnməsi, sahibkarlıq və biznes sahəsində müxtəlif məlumatlar alması, onların sahibkarlıq(start-up) fəaliyyəti ilə məşğul olmaları sahəsində ciddi çatışmazlıqların olduğunu nəzərə alaraq belə bir layihənin keçirilməsini məqsədəuyğun hesab etdiklərini qeyd edib.

Layihə ərzində gənclər müasir iqtisadi terminlər və nəzəriyyələr haqqında məlumatlandırılacaq, biznes planın hazırlanması metodologiyasını öyrənəcəklər. Mingəçevir şəhərindən və ətraf rayonlardan olan region gənclərini bir araya gətirməklə onların ilkin iqtisadi biliklərinin artırılması və sahibkarlıq fəaliyyəti haqqında məlumatlandırılması yolu ilə onların müxtəlif istiqamətlərdə inkişaflarına dəstək olmaq, sahibkarlığın region gəncləri arasında təşviq olunması, gənclərdə layihələndirmə bacarıqlarının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərə təlimlərin keçirilməsi layihənin əsas məqsədini təşkil edir.

Eyni zamanda layihə iştirakçıları üçün komandalarla işin aparılması, biznes planın hazırlanması metodologiyası, SWOT təhlilin aparılması qaydaları, məqsəd və vəzifələrin müəyyən edilməsi kimi mövzularda məlumatlar veriləcək. Göstərilən mövzulardan əlavə olaraq layihədə gənclərə sahibkarlıq fəaliyyətinin hüquqi təşkili qaydaları haqqında informasiya veriləcək.

Təlimlərdə fərqlənən gənclərə “İşıqlı Gələcək” GİB tərəfindən sertifikat təqdim ediləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !