Azyaşlılar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib - (+FOTOLAR)

Azyaşlılar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin fəaliyyət planına əsasən Aşağı Güzdək qəsəbə 29 saylı körpələr evi-uşaq bağçasının böyük qrupunda uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün yol hərəkəti qaydalarının təbliğinə həsr edilmiş maarifləndirici açıq məşğələ keçirilib.

Məşğələdə 20-dan çox uşaq, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı Vasif Sadıqov, Abşeron RİH-in əməkdaşı Samirə İsmayılzadə, rayon ərazisində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsinin müdirləri , KİV nümayəndələri və valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan məşğələdə “Yol hərəkəti qaydalarını öyrənirik” adlı video rolik nümayiş etdirilib.

Məşğələni giriş sözü ilə açan bağçanın tərbiyəçi müəllimi Zöhrə Quliyeva bildirib ki, bu günki açıq məşğələdə məqsəd uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdır. Balacalar bu qaydaları bilməklə, həm də öz həmyaşıdlarına bu qaydaları izah edə bilərlər.

Sonra Z.Quliyeva tərəfindən düzənlənmiş məşğələdə bağçanın böyük qrupunun 4-5 yaşlı uşaqları müxtəlif səhnəciklər, şeirlər, mahnılarla yol hərəkətinə aid biliklərini nümayiş etdiriblər.

Körpə fidanlar zalda yol nişanları ilə düzəldilmiş “şəhər küçələrində” qaydalara əməl etməklə maşın, velosiped sürüblər. "Açıq məşğələ"də uşaqlara yol hərəkətinə aid suallar verilib.

Keçirilən görüşdə çıxış edən DYP rəsmisi Vasif Sadıqov bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsədlərinin azyaşlılar arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq olduğunu bildirib.

Samirə İsmayılzadə çıxışında "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, bu gün yol hərəkəti ilə bağlı təbliğat işinin rayonun digər bağçalarında da aparılmasının vacibliyini bildirib. RİH rəsmisinin sözlərinə görə, uşaqlar elə bağça yaşlarından yol hərəkəti qaydalarını öyrənərsə, böyüdükçə bu biliklər onlara həyatda faydalı olacaq.

Bağçanın müdirəsi Çimnaz Cəfərova bildirib ki, azyaşlı uşaqların yol hərəkəti qaydaları ilə bağlı bilikləri qısa müddətdə qavrayıb səhnəciklər göstərə bilməsi çox maraqlı və təəccüblüdür: "Biz bu "açıq məşğələ"yə qısa zaman ərzində hazırlaşdıq. Lakin gördüyünüz kimi, uşaqlar yaxşı hazırlaşıblar və həvəslə də öyrənirdilər.

Digər çıxış edənlər qeyd ediblər ki, yol hərəkəti qaydalarının uşaqlara öyrədilməsində bağçalarda və məktəblərdə müəllimlərin, evdə isə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Böyüklər gəzinti zamanı uşaqlara bu qaydaları izah etsələr, yollarda azyaşlıların iştirakı ilə bağlı baş verən hadisələrin sayı azalar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !