Sumqayıtda istedadlı şair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirildi - (+FOTOLAR)

Sumqayıtda istedadlı şair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirildi (+FOTOLAR)

Dekabr ayının 16-da Sumqayıt şəhərindəki 17-ci mikrorayonda yerləşən M.Ə.Sabir adına kitabxana filialda Türkiyədə yaşayan, ürəyi vətən eşqi ilə döyünən tanınmış sumqayıtlı şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Xaqani Abbasəli Öztürklə oxucuların görüşü keçirildi...

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə keçirilən görüşü təşkilatın sədri, Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday idarə etmişdir.

Görüşü M.Ə.Sabir adına kitabxana filialın müdiri Hafizə Əliqızı giriş sözü ilə açmış və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin iştirakçılar tərəfindən canlı oxunuşu ilə başlanmışdır.

Görüşdə şairin qələm dostları - Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Solmaz Hilalə, Sabir Yusifoğlu, Asif Asiman, Xatirə Fərəcli, Nisə Qədirova, Kəramət Əmirli, Lilpar Cəmşidqızı, Sevinc Qərib, Süleyman Sərraf çıxış edərək Xaqani Abbasəli Öztürk yaradıcılığına münasibət bildirmişlər.

Fikir mübadiləsi üstündə qurulan tədbirdə həmçinin təhsil şöbəsinin nümayəndəsi Əlhəddin Paşayev, şair Elbrus Qayalı, respublikanın Əməkdar artisti İzaməddin Bağırov, Cənubi Azərbaycanın Urmiya vilayətindən təşrif buyurmuş şair Yaqub Usuli, şairlərdən Miraslan Rahim, Qaratel Azəri, Rahilə Veysəlli, Ələsgər Həsənli, Sevinc Murad, Natiq İsmayıloğlu, pedaqoq Xatirə Cəbrayılova ədəbiyyatımızın bu günü ilə bağlı fikirlərini bölüşmüşlər.

Tədbirdə şəhərimizdəki 35 nömrəli məktəbin bir qrup şagirdi - Mələk Cəbrayılova, Fərid Dərgahquliyev, İlahə Nəbiyeva, İbrahim Əliyev, Nigar Bəşirzadə, 39 saylı məktəbdən Nuray Ömərova, tələbə Sevinc Zeynalova, TTEL-dən Emiliya Mustafayeva Xaqani Abbasəli Öztürkün şeirlərini bədii qiraət etmişlər.

Maraqlı və yaddaqalan gedişi ilə diqqət çəkən tədbirdə Xaqani Abbasəli Öztürk çoxillik səmərəli yaradıcılığına və ədəbiyyatımıza verdiyi töhfələrə görə Rafiq Oday tərəfindən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının "Müqəddəs qələm" diplomu ilə təltif edilmişdir.

Xaqani Abbasəli Öztürk görüşün təşkilatçılarına öz minnətdarlığını ifadə etmiş və yeni şeirlərini oxumuşdur.

Sonda xatirə şəkilləri çəkilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !