(AİJA) prezidenti Eldar İsmayılovun 70 illik yubileyinə həsr olunan tədbir keçirildi +ViDEO+FOTOLAR (AZpress.AZ)(YENİLƏNDİ)
Bu xəbəri paylaş
AZpress.AZ xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun 70 illik yubileyinə həsr olunan tədbir keçirildi.
***
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Əməkdar jurnalist, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun 70 illik yubileyinə həsr olunmuş mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə açmış, yubilyarın keçdiyi həyat və yaradıcılıq yolundan danışmışdır. Eldar İsmayılovun fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yubilyar jurnalistə Mətbuat Şurasının diplomunu təqdim etmişdir. Eldar İsmayılova həmçinin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi verilmişdir. Millət vəkilləri Bəxtiyar Sadıqov, Adil Əliyev, Rauf Əliyev, mərasim iştirakçılarından Ramiz Məmmədzadə, Xəzər İsayev, Zahid Teymurov, Səlim Əzimov, Aqşin Babayev, Əli Məhəmmədoğlu, Tahir Aydınoğlu və başqaları çıxış edərək yubilyar jurnalist barədə ürək sözlərini söyləmişlər. Eldar İsmayılov Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
Fotolar: Rüstəm İsmayılova, video-reportaj isə Məhərrəm Abasova məxsusdur.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bu xəbəri paylaş

ç ə k i l i ş i və M E D İ A DƏSTƏYİ
www.azpress.az




















































































