DOĞMA DİYAR Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi... - (+FOTOLAR)

“DOĞMA DİYAR”Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 19 dekabr 2018 saat 16:00-daAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli UşaqGənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”çərçivəsində “DOĞMA DİYAR”Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Xətai Sənət Mərkəzində keçirildi
Tədbiri Girişsözü ilə açan Fəlsəfə və Elmlər Namizədi Sənətşünas Samir Sadiqov açaraq sərginin əhəmiyyətindən danışdı və uşaqlara xoş arzularını dilədi. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Professor Ağaəli İbrahimov, Sənətşünas Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərindəki Daimi Nümayəndəliyi Azər Rəhimov, Rəssam Həsən Həsənov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış etdilər.
12 yaşa qədər 165 uşağın 170 işi təqdim olunan tədbirdəUşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədəuşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirmişlər
Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olundu
MüsabiqədəBakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Gəncə, Sumqayıt, Qax, Mingeçevir, Masallı, Göyçay, Lənkəran,Goranboy, Quba, Sabunçu, Salyan, Şəki, Balakən bölgələrin məktəbliləri, o cümlədən
1 Nömrəlı UGİM Təsviri Sənət Qalereyası, 3 Nömrəli UİM, 4 Nömrəli UİM, 5 Nömrəlı UİM, AN Tədris Mərkəzi, Art School By Rufane, Avropa Azərbaycan Məktəbi, Bileyen Tədris Mərkəzi, Ceyranbatan UİM, Gəncəşəhər UİM, Goranboy şəhər UİM, Göyərçın Rəsm Kursları, H.Abbasovadına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, İncilər Tədris Mərkəzi, Kövsər Tədris Mərkəzi,
Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r.Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Mələk Art Studiya, Mingəçevir şəhər UGİM, Modern English Tədris Mərkəzi, Nigart Studiya, Nizami Gəncəvi adına Kitabxana Kulubu, Nur Art Studiya
Pozitiv Kids Studio, Qax Rayon UGİM, Qax şəhər Heydər Əliyev Mərkəzi rəsm kursu
Quba UGİM, Respublika UGİM, Salyan Rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhərUİM, Solnişko Mərkəzi, Sumqayıt şəhər Ə. Bakıxanov Adına UİM, Vəfa Art Studiya, Xətai Rayon Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi, Zığ Qəsəbəsi Mədəniyyət Evinin Rəssamlıq kursuvə başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !