BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verildi -

BDU-nun 3 minədək əməkdaşına birdəfəlik pul mükafatı verildi

AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universiteti Elmi Şurasının bu gün keçirilən iclasında rektor vəzifəsini icra edən, professor İradə Əliyevanın təklifi əsasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik pul mükafatının verilməsi barədə qərar qəbul edilib. Pul mükafatı ümumilikdə 3 minədək əməkdaşa şamil edilib. Eyni zamanda, əvvəlki illərdə olduğu kimi, gələn ildə də differensasiya yolu ilə elm, tədris və ictimai fəaliyyət sahəsində fərqlənən və xüsusi nailiyyətləri olan 300-dək professor-müəllim heyətinin əmək haqqının artırılması məsələsi də müzakirə edilib.

Narmina Asadova 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )