2000 gənc sahibkar olmaq üçün ilk addımı atdı - (+FOTOLAR)

2000 gənc sahibkar olmaq üçün ilk addımı atdı (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi regionlarından öz ideyasına güvənən 2000 gənc artıq “Yeni Nəsil” Gənc Sahibkarlara Dəstək Proqramına müraciətini tamamlayıb.

Noyabr ayında start götürmüş proqram ümumilikdə 2019-cu ilin sentyabr ayına qədər davam edərək 2000 gənci əhatə edəcək və Azərbaycanın “yeni nəsil” gənclərini üzə çıxaracaq. Layihə ümumi olaraq 4 mərhələdən ibarətdir. Belə ki, layihənin 1-ci mərhələsi dekabr ayında artıq yekunlaşıb. Bu mərhələdə 4 iqtisadi regiondan ümumilikdə 2030 gənc layihə ilə bağlı məlumatlandırılaraq ilkin təlim sessiyalarında iştirak edib.

Bundan əlavə qeyd etmək olar ki, ideyalarını reallaşdırmaq istəyən, öz startapını yaradaraq biznes və sahibkarlıq ekosisteminə qoşulmaq istəyən gənclər artıq ilkin təlimlərini yekunlaşdırıb. Belə ki, Abşeron iqtisadi regionu üzrə 759 nəfər, Quba-Xaçmaz iqtisadi regionu üzrə 325 nəfər, Gəncə-Qazax iqtisadi regionu üzrə 503 nəfər, Şəki-Zaqatala iqtisadi regionu üzrə 443 nəfər proqramın 1-ci mərhələsində ilkin biznes təlimlərində iştirak edərək proqrama müraciət edib. “New Generation” (Yeni Nəsil) proqramı Bakı şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Odlar Yurdu Universiteti və Xəzər Universitetlərində tələbələrlə müxtəlif təlimçilər vasitəsi ilə ilkin təlimlər keçirib. Bundan əlavə Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı, Quba Tibb Kollecinin tələbələri ilə yanaşı Quba və ətraf bölgələrdə yaşayan gənclərlə, Şəki şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı, Şəki Tibb Kollecinin tələbələri və digər gənclərə Şəki Gənclər Evində təlimlər keçirilib. Bundan əlavə Gəncə Gənclər Evində baş tutmuş təlimdə isə Azərbaycan Texnologiyalar Universiteti (UTECA), Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetinin tələbələri və ətraf şəhərlərdə yaşayan gənclər təlimlərdə iştirak edib.

Əhatə olunmuş 2000 gənc arasından sahibkarlıq təşəbbüs və ideyaları daha yüksək olan 1000 layihənin 2-ci mərhələsində iştirak haqqı edərək 35.000AZN-dək investisiya qazanmaq şanı əldə edəcək. Layihənin ikinci mərhələsi 2018-ci ilin dekabr ayında başlayaraq 2019-cu ilin fevral ayında yekunlaşacaqdır.

Qeyd edək ki, “New Generation” Gənc Sahibkarlara Dəstək Proqramı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

“Youth Inc.” Sahibkarlıq Proqramının 6 illik fəaliyyəti ilə bağlı video hesabatla tanış olmaq üçün:youtu.be/0NeKrQhwC2o
#newgeneration #bethenextone #yeninəsil #youthinc #cocacola #gənclərvəidmannazirliyi

Sahib A. Gulmammadov

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !