Fundamental elmi biblioqrafiya işıq üzü görüb -

Fundamental elmi biblioqrafiya işıq üzü görüb

AZpress.AZ xəbər verir ki, bu günlərdə “Elm” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı elmi biblioqrafiya işıq üzü görüb. Bu fundamental elmi biblioqrafiya Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindən birinə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub. Biblioqrafiyaya Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Parlamentin və Hökümətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, habelə Cümhuriyyətin süqutundan sonrakı dövrdə istiqlal ideyalarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri əks etdirən materiallar daxil edilib. Biblioqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafiyanın tərtibçi-müəllifləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və ped.ü.f.d. Nadir İsmayılovdur.
504 səhifəlik kitabın elmi yeniliyi odur ki, burada ilk dəfə olaraq Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında yarandığı gündən hazırki dövrə qədər (1918-2018-ci illər) işıq üzü görmüş bütün materiallar əhatə olunub. Onu da qeyd edək ki, bu biblioqrafiyaya bugünkü müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən sənədlər (kitablar, elmi-tədqiqat əsərləri,dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr və s.) daxildir.
Kitabın baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlifir. Akademik həmçinbin kitaba geniş ön söz yazmışdır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !