İrəvan teatrı regionlarda həyata keçirdiyi qastrol səfərini uğurla başa vurub - + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

İrəvan teatrı regionlarda həyata keçirdiyi qastrol səfərini uğurla başa vurub + FOTOLAR (AZpress.AZ – Maya Quliyeva)

Bu il 137-ci teatr mövsümünü yaşayan və dövlət statusu almasının 90 ili tamam olan İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıdıb. Teatr özünün repertuarında olan əsərlərlə daima vətənpərvərlik ruhu aşılayıb. Elə bu məqsədlə də dekabrın 7-dən 19-a kimi Quba, Sabirabad, Laçın (Taxta körpü), İmişli və Samux rayonlarında çıxış edib.
Bu barədə saytımızın müxbirinə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, məlumatda bildirib ki, regionlarda həyata keçirilən qastrol səfəri yerli icra hakimiyyəti oraqanlarının təşəbbüsü ilə gerçəkləşib.
Kollektiv, şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə çıxış edib. Tamaşa Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub.
Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Gültac Əsgərova, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu ifa ediblər.
Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.
AZpress.AZ xəbər verir ki, İrəvan Teatrı qastrol səfərinə dekabrın 7-də Quba rayonundan start verib. Kollektiv, Quba rayon Mədəniyyət Mərkəzində tamaşaçılar tərəfindən sevgiylə, ayaq üstü və gur alqışlarla qarşılanıb. Anşlaqla səfərə start verən teatr dekabrın 17-də Sabirabad rayonunda səfərinə davam edib. Sabirabad rayon mədəniyyət mərkəzində böyük coşqu və alqışlarla qarşılanan teatrın zəhmətkeş kollektivi səhəri gün, dekabrın 18-də Laçın (Taxta körpü) və İmişli rayonunda səfərdə olub. Səhnədə aktyorların böyük ruh yüksəkliyi, vətən həsrətilə ürəyi döyünən Laçın sakinlərinə, İmişli rayon mədəniyyət mərkəzində tamaşaçılara təsirli anlar yaşadıb.
Teatr dekabrın 19-da Samux rayonununda qastrol səfərini uğurla başa vurub. Samux rayon İcra Hakimiyyətinin kultur salonunda keçən tamaşa teatrsevərlərin yaddaşında silinməz iz buraxıb.
İrəvan Teatrı dekabrın 12-də Balakən rayonunda xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar qastrol səfərində olub. Balakən rayon Mədəniyyət Mərkəzində şair-dramaturq İftixarın “Qalx ayağa, Azərbaycan” adlı tamaşası nümayiş olunub. Tamaşada Balakən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev və rayon aktivləri iştirak ediblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !