Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları "Azərbaycan ziyalısı" media mükafatı ilə təltif olunublar - (+FOTOLAR)

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları "Azərbaycan ziyalısı" media mükafatı ilə təltif olunublar (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Media Araşdırmalar Mərkəzi tərəfindən keçirilmiş rəy sorğusuna əsasən, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva və Komparativistika və bədii tərcümə şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva "Azərbaycan ziyalısı" media mükafatı ilə təltif olunublar.

Muzey əməkdaşları bu mükafata elm və təhsil sahəsində əldə etdikləri nailiyyətlərinə görə layiq görülüblər.
Qeyd edək ki, X.Bəşirli tərəfindən Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilib. O, 100-dən artıq elmi və metodiki işin, 6 monoqrafiya, o cümlədən xaricdə çıxmış 10 elmi əsərin müəllifidir.

N.Əsədullayeva 2010-cu ildən muzeyin elmi katibidir. O, akademik Rafael Hüseynovun rəhbərliyi altında "Hüseyn Cavidin "Azər” poeması” adlı namizədlik dissertasiyasını müdafiə edib. "Hüseyn Cavid: həyat və sənət yolu” biblioqrafik göstəricinin tərtibçilərindəndir. Alimin müxtəlif elmi məcmuə və toplularda 30 məqaləsi dərc olunub.

N.Mustafayeva isə elmi ictimaiyyətimizin fəal nümayəndələrindəndir. O, mütəmadi olaraq Azərbaycan radio və televiziyasında, respublikada keçirilən ədiblərimizlə bağlı tədbirlərdə məruzələrlə çıxış edir. Hazırda "Azərbaycan tarixi – psixoloji nəsrində Ənvər Məmmədxanlı mərhələsi” adlı doktorluq dissertasiyası üzərində çalışır. Alim 40 elmi məqalənin, o cümlədən "Rəfiq Zəka yaradıcılığında türkçülük və Türkiyə” adlı monoqrafiyanın müəllifidir.

Nərgiz Qəhrəmanova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !