Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edilib - + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Mədəniyyət və incəsənət xadimlərinə orden və medallar, fəxri adlar təqdim edilib + FOTOLAR (AZpress.AZ – Rüstəm İsmayılov)

Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

AZpress.AZ xəbər verir ki, mərasim əsaslı təmir və yenidənqurmadan sonra yeni açılmış Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunda təşkil edilib.

Burada əsaslı təmir və yenidənqurmadan sonra ilk tədbirin keçirildiyini bildirən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeydə yaradılan şəraitlə tanış olaraq görülən işləri yüksək qiymətləndiriblər.

Ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışan nazir bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olmuşdur.

Yola salmağa hazırlaşdığımız 2018-ci ildə mədəniyyət sahəsində qazanılan uğurlardan söz açan Ə.Qarayev deyib: “Bu il bütün sahələrdə olduğu kimi ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalacaq. Belə ki, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olub”.

Nazir mədəniyyət ictimaiyyəti adından bu sahədə xidməti olan yaradıcı insanların əməyinə verdiyi yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.

Sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “Əmək” ordenləri, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, “Xalq artisti”, “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub. Həmçinin nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim edilib.

Mükafat alanlar ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !