Ağcabədidə Yad təsirlər və gənclər mövzusunda maarifləndirici tədbir keçirilib - + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib + FOTOLAR (AZpress.AZ – Mais İbrahimov, Ağcabədi)

AZpress.AZ xəbər verir ki, 21 dekabr 2018- ci il tarixində Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzulu layihə çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
TədbirdəAğcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə,Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi şəhər11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdilər.
Ağcabədi şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadətədbiri giriş sözü ilə açaraq, izləyicilərə tədbir haqqında məlumat verdi.
Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Yad təsirlər və gənclər” mövzusunda məruzəetmişdir. Təyyar Hacıyev dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs etdi. Natiq, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək, dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərə tövsiyələrini verərək bildirdi ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxışnda Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımızın tükənməz sərvəti olan milli-mənəvi və dini dəyərlərin qorunub saxlanılması və daha da zənginləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, gənclərə Vətən sevgisindən, doğma Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi və müstəqilliyi uğrunda öz canlarını fəda etmiş Şəhidlərimizin unudulmaz xatirəsindən, Vətən sevgisinin insan həyatında əsas meyar olduğunu qeyd etmişdir. Eyni zamanda milli-mənəvi dəyərlərin öyrənilməsivə qorunub saxlanılması gəncləri yad təsirlərdən, zərərli vərdişlərdən və dini radikalizmdən qoruyan əsas amil olmasını bildirmişdir. Xalqımızın yüz illərlə formalaşdırdığı mənəvi dəyərlərə və adət-ənənələrə sadiq, təhsilli və savadlı gənclərin heç zaman dini radikalizmə getməyəcəyini qeyd edib.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşriyyatı olan kitabçalar paylanıldı..


Fotolar Toğrul İbrahimovundur

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

               

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !