BSU-da Azərbaycan təhsilində dəyərlər sistemi mövzusunda elmi konfrans keçirilib - (+FOTOLAR)

BSU-da Azərbaycan təhsilində dəyərlər sistemi mövzusunda elmi konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 22 dekabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı keçirilib. Konfransı BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq 2018-ci ilin bütövlükdə kollektiv üçün uğurlu olduğunu, tədris prosesinin keyfiyyətcə yüksəldiyini, universitetin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. O,Ümummilli Lider Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradılmış Bakı Slavyan Universitetinin müstəqil Azərbaycan dövlətinin təhsil siyasətinin həyata keçirilməsində, sağlam mənəvi mühitin yaradılmasında, gənclərin vətənpərvərlik və patriotizm ruhunda tərbiyəsində mühüm rol oynayan ali təhsil ocaqlarından biri olduğunu qeyd edib.

R.Novruzov BSU-nun slavyan ölkələri ilə, o cümlədən Türkiyə Cümhuriyyəti, Yunanıstan Respublikası ilə Azərbaycanın əlaqələrinin genişlənməsində fəal rol oynadığını bildirib. O, bu günlərdə BSU-da 12 ölkənin səfirinin iştirakı ilə keçirilən “ Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı dəyirmi masanın ölkələrimiz arasında sülh və əməkdaşlığa xidmət etdiyini bildirib. O, hazırki elmi konfransı tələbə və magistrantların aktual problemlərə münasibəti kimi dəyərləndirib. R.Novruzov gənclərə üzünü tutaraq hər bir insanın cəmiyyətə fayda verməsi üçün təhsil və elmdən başqa yol olmadığını bildirib. O, Məhəmməd peyğəmbərin “Beşikdən qəbr evinədək öyrənin!” kəlamının bəşəriyyətin cəhalətdən çıxmasında mühüm rol oynadığını vurğulayıb.

Sonra söz çıxışçılara verilib. Bakı Slavyan Universitetinin müəllimi Qənirə Kazımova “Müəllim şəxsiyyəti və pedoqoji dəyərlər”, Həmidə Abdullayeva “Ailə dəyərləri və şəxsiyyətin formalaşmasına onun təsiri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Könül Mollayeva “Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına təsir edən amillər” mövzusunda çıxış ediblər.

Sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına həsr olunmuş dəyirmi masa keçirilib.

Konfrans öz işini “Rus dili və onun tədrisi metodikası”, “Azərbaycan dili və onun tədrisi metodikası”, “Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti”, “İbtidai və məktəbəqədər təhsil problemləri”, “Pedaqogikanın müasir problemləri”, “Psixologiya müasir təhsil sistemində”, “Təhsildə informasiya texnologiyalarından istifadə məsələləri” adlı bölmələrdə davam etdirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !