Musiqili Teatrın kollektivi Tahir Salahovun sərgisində - (+FOTOLAR)

Musiqili Teatrın kollektivi Tahir Salahovun sərgisində (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Bakı Expo Mərkəzində Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyi münasibəti ilə təşkil olunan sərgidə olub.
Məlumatı təsdiqləyən Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə teatrın əməkdaşları da iştirak ediblər, onlar nümayiş olunan sənət əsərlərini seyr etdikcə heyranlıqlarını gizlətməyiblər. Sərginin iştirakçıları xatirə şəkilləri də çəkdiriblər.
Dörd min kvadrat metrlik sahəni əhatə edən ekspozisiyada Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )