Gənc vokalist -

Gənc vokalist

Gənc vokalist Eldar Elşən oğlu Tahirov 1998-ci ildə Bakı şəhərində anadan olub. Ailəsi 5 nəfərdən ibarətdir. Eldarı hamıdan çox istəyən nənəsi Əminə xanım, atası Elşən bəy, anası Almaz xanım, bacısı Firuzə xanım. Eldar ailənin ilk övladıdır. Eyni zamanda çox istedadlıdır.

 

Eldar 2002-ci ildə yaşadığı Biləcəri qəsəbəsində yerləşən 296 saylı bağçaya gedib. Bağçaya getdiyi müddətdə özünü çox fəal göstərib.Keçirilən bayram və digər tədbirlərdə fəal iştirak edib. Hətta, bağçada keçirilən rəsm müsabiqəsində I yer tutub. Bağçaya getdiyi müddətdə eyni zamanda musiqi ilə də yaxından maraqlanıb. Ümumiyyətlə Eldarın musiqiyə olan həvəsi körpəlikdən olub. O, altı (6) aylığından yeməyini belə musiqi sədaları altında yeyərmiş. Əgər musiqi səsi kəsilsəydi Eldar yemək yeməzdi.

 

Musiqiyə olan marağını görən valideynləri Eldarı musiqi məktəbinə aparıblar. Eldar 2003-cü ilin sentyabr ayından Fikrət Əmirov adına 6 saylı 11 illik incəsənət məktəbinin hazırlıq sinfinə gedib. Orada da Eldarın səsinə qulaq asan incəsənət məktəbinin direktoru Nəriman müəllim və digər müəllimlər onun vokal sinfində dərs almasını məsləhət görüblər. Beləliklə, Eldar vokal dərslərinə başlayıb. Onun potensial ehtiyatı ilk gündən Eldarın səsinə olan marağı daha da artırdı. O, I sinifdən incəsənət məktəbində keçirilən bayram tədbirlərində çıxış edib. İlk çıxışında P.Bülbüloğlunun bəstələdiyi "Şən Azərbaycan" mahnısını ifa edib. Eldar 2004-cü ilin sentyabr ayından yaşadığı Biləcəri qəsəbəsində yerləşən şəhid Qamət Abbasov adına 284 saylı orta məktəbin I sinfinə gedib. Orta məktəbdə də özünü fəal göstərən

Eldar həm ilk müəlliməsi Sona müəllimənin,həm də sinif yoldaşlarının sevimlisi olub. Eyni zamanda Eldar dərs əlaçısı olub. Hətta, 2006-cı ildə Eldar orta məktəbin III sinfində oxuyarkən "İlin ən yaxşı şagirdi" müsabiqəsinin regional mərhələsində III yeri qazanmışdı.

 

Yay tətilini boş keçirməyən Eldar 2004-cü ilin yayında gənc rejissorların respublika səviyyəsində keçirilən kino festivalında gənc rejissor Fərid Əhmədovun çəkdiyi "Bir insanın yaxşılığı" filminin baş qəhrəmanı rolunda iştirak edib. Film ingilis yazıçısı Oskar Vayldın "Lovğa nəhəng" adlı hekayəsinin ideyası əsasında lentə alınmışdır.

 

Eyni zamanda Eldar incəsənət məktəbindəki dərsləri ilə də ciddi məşğul olur. 2005-ci ilin iyun ayında incəsənət məktəbinin Rəşid Behbudov adına konsert zalında keçirilən yekun konsertində "Bakı" mahnısı ilə çıxış edib. 2006-cı ildə isə "Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianinoda müşayiət ifaçılğına baxış" müsabiqəsində iştirak edib və "Tərifnamə"yə layiq görülüb.


2007-ci ildə Türkiyə Respublikasında keçirilən "23 Nisan Uşaq Festivalı"nda çıxış edib. Orada ifa etdiyi T.Quliyevin "Kəndimiz", "Bağçamız", "Bakı haqqında mahnı", Ü.Hacıbəyovun "Çırpınırdın Qara dəniz" mahnıları ilə türk tamaşaçılarının rəğbətini qazanmışdı.

 

2008-ci ildə Azərbaycan Dövlət Televiziyasında Səhər proqramında "Tanış olun!" rublikasında Eldar haqqında geniş məlumat verilmişdir.

 

2009-cu ilin may ayının 26-da oxuduğu incəsənət məktəbinin vokal sinfi "Kamera və Orqon musiqi zalı"nda Respublikanın xalq artisti Teymur Göyçəyevin rəhbərliyi ilə konsert proqramı təşkil etdi.Eldar bu konsertdə T.Quliyevin "Sevgi valsı",Neopolitanın "Santa Luçiya", F.Bədəlbəylinin Ave Maria", E.Kapnanın "Osole Mio" mahnılarını böyük məharətlə ifa edib.Eldarın bu konsertdəki çıxışı haqqında "Mədəniyyət" qəzetində ətraflı məlumat verilmişdir. Bu uğurları qazanmasında

Eldar həmişə müəlliməsi Solmaz Qasımovaya minnətdardı. Onun bu uğurları qazanmasında Q.Solmaz xanımın əvəzsiz rolu olmuşdur. Bütün bunlarla yanaşı Eldarın digər bir qeyri-adi bacarığı da var. O, bu bacarığı ilə çoxlarının diqqətini cəlb edib. Belə ki, Eldar vokal sahəsi ilə yanaşı eyni zamanda plastilinlərdən müxtəlif fiqurlar düzəldir. Eldar fiqurlarla əsasən cizgi filmlərinin qəhrəmanlarının modelini yaradır. Oxuduğu incəsənət məktəbinin direktoru Nəriman müəllimin təşəbbüsü ilə Eldarın bu yaradıcılığı "Mədəniyyət" qəzetinin 8 iyul 2009-cu il tarixli buraxılışında "Fiqurlarla musiqinin rəngləri" başlığı altında işıqlandırılıb. 2009-cu il sentyabrın 29-da Azərbaycan Dövlət Flarmoniyasında xalq artisti Teymur Göyçəyevin rəhbərlik etdiyi musiqi və incəsənət məktəblərində istedadı ilə fərqlənən şagirdlərdən ibarət konsert proqramı təşkil edilmişdi. Eldar da bu konsertin fəal iştirakçısı idi. Öz ifası ilə konsertə gələn tamaşaçıları heyrətləndirən Eldarın bu dəfəki çıxışı da alqışlarala qarşılandı. Gənc şagird bu istedadı ilə tamaşaçıların rəğbətini qazandı. Eldar üçün ən uğurlu çıxışlarından biri də 2009-cu ilin dekabr ayında keçirilən "Beynəlxalq Rastrapoviç festivalı" -ndakı çıxışı olub. Dekabr ayının 14-ü festivalın Azərbaycan Dövlət Flarmoniyasında yekun konserti keçirilmişdir. Bu konsertdə Eldar dünya şöhrətli dirijor Maksim Venqerevlə bir səhnəni bölüşdü. Festivalda Eldar bəstəkar Steve Barakatın

YUNİSEF üçün bəstələdiyi "Lay-lay" əsərini ifa etdi. Eldarın bu çıxışı böyük incəsənət və dövlət xadimləri tərəfindən gurultulu alqışlarla qarşılandı. Hətta, onun çıxışını ayaq üstə alqışladılar. Festival Eldarən ifası ilə yekunlaşdı. Eldarın bu konsertdəki çıxışı ilə bağlı "Азербайджанские известия" qəzetinin 2009-cu il 16 dekabrdakı buraxılışında məlumat verilmişdir. 2010-cu il aprelin 24-də Azərbaycan Dövlət Flarmoniyasında Teymur Göyçəyevin rəhbərliyi ilə təşkil olunmuş incəsənət məktəbinin yekun konsertində Eldar böyük məharətlə çıxış edib. Bu konsertdə Eldar Kiaranın "La İspaniola", F.Bədəlbəylinin "Ave Maria" əsərləri ilə çıxış edib. Burada da Eldar gurultulu alqışlarla qarşılanıb.

 

Eldar Tahirov-Türkmənitan səfəri:2010.06.28 > 2010.07.03

 

1. Eldar Tahirovun Türkmənistanda "AVAZA- dostluq diyarı" III beynəlxalq uşaq festivalında ( III Междунаро дный фестиваль "Аваза - край дружбы" ) iştirakı haqqinda >>> http://www.azpress.az/index.php?sectionid=news&id=1083&action=full

 

2011 -ci il aprelin 21-də ictimai TV -də Bakı - Türkiyə - Türkmənistan canlı yayımda iştirak edib. T.Quliyevin "Sevgi valsi" və "Zibeydə" mahnılarını ifa edib.

 

2011-ci il aprelin 29 -da Alman Azərbaycan Mədəniyyət birliyi Kapellhausda ilk solo konserti keçirildi. Konsertdə E.Curtis, E.Capua, T.Cottrau, S.Gambardella, Chiara, Tofiq Quliyevin əsərləri səsləndirildi. Kosertdə Eldar hər bir əsəri dəqiqliklə ifa etmişdir. Tamaşaçılar tərəfindən çox böyük rəğbətlə, gurultulu alqışlarla qarşılanmışdır.

 

2011 -ci il mayın 11 -də Kirka musiqi zalında Rusiyanın Çelyabinsk şəhərindən gələn musiqi məktəblərinin şagirdləri ilə birlikdə konsertdə çıxış etmişdir.

 

2011 -ci il 29.06 - 05.07.2011 tarixində Macarıstanda keçirilən "İncəsənət Vadisi" Balaton - Budapeşt - Vyana XI Beynəlxalq musiqi festival müsabiqəsində gənc vokalist Eldar Tahirov iştirak edib. Bu müsabiqədə ən yüksək mükafatı Qran-Pri mükafatına Eldar Tahirov layiq görüldü. "Renaissanse" kompaniyanın prezidenti Yojev Vare və onun anası kompaniyanın direktoru Zinaida Vare tərəfindən Balaton gölünün ətrafında keçirilən Beynəlxalq musiqi Festivalında dünyanın müxtəlif ölkələrindən vakalistlər iştirak edirdilər. Gənc vokalist Eldar Tahirovun səsi jüri heyətinin və qonaqların xoşuna gəldi. İyul 3-cü festivalın bağlanışı oldu. Bu festivalda Eldar Tahirov AVE-MARİA, O Sole Mio və Tofiq Quliyevin Zibeyda mahnısını ifa etdi. Festival sona çatdıqdan sonra şəhər meri E.Tahirovu şəxsən özü qarşıladı. Azərbaycan bayrağını gənc yaşlarında vətəndən kənarda qaldıran Eldara bu festivaldan sonra bir çox ölkələrdən də dəvətlər gəlib. Zinaida Vare mükafatı Eldara təqdim edərkən "Sən təkcə Azərbaycanın qızıl səsi deyil, Macarıstanın da qızıl səsisən" - deyə bildirib.

Eldar Tahirov-Türkmənitan səfəri:2010.06.28 > 2010.07.03

1. Eldar Tahirovun Türkmənistanda "AVAZA- dostluq diyarı" III beynəlxalq uşaq festivalında ( III Междунаро дный фестиваль "Аваза - край дружбы" ) iştirakı haqqinda >>> http://www.azpress.az/index.php?sectionid=news&id=1083

2. FOTO-reportaj >>>

3. ViDEO >>>


KONTAKT : Eldar Elşən oğlu Tahirov >>>

e.mail: [email protected]

TELEFON : +994504808506

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !