Prezidentin fərmanından irəli gələn məsələlərin icra mexanizmi ilə bağlı sahibkarlara məlumat verilib - (+FOTOLAR)

Prezidentin fərmanından irəli gələn məsələlərin icra mexanizmi ilə bağlı sahibkarlara məlumat verilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, dekabrın 24-də “Bulvar Otel Bakı”da Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış siteminin tətbiqi” adlı tədbir keçirilib.
Tədbirin məqsədi Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli fərmanından irəli gələn məsələlərin icra mexanizmilə bağlı sahibkarları məlumatlandırmaq olub.

Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, vergilər nazirinin müavini Mətin Eynullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda fəaliyyət göstərən diplomatic korpusların nümayəndələri və 500-ə qədər sahibkar iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən zamanın tələb və çağırışlarına uyğunlaşdırılaraq uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyası hesabına ölkəmiz sürətlə inkişaf edir. Bu inkişafın bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili sahəsində də öz əksini tapması qısa zaman kəsiyində Azərbaycan gömrük orqanlarının da daha çevik və dinamik bir quruma çevrilməsinə şərait yaradıb. Komitə sədri onu da vurğulayıb ki, ölkənin davamlı inkişafının təmin olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın həm Heydər Əliyev Fondunun rəhbəri, həmdə Birinci vitse-prezident kimi gördüyü işlərdə əvəzsizdir.
Daha sonra Prezident İlham Əliyevin dövlət idarəçiliyinin dərinləşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və digər sahələrdə həyata keçirdiyi islahatlardan bəhs edən Səfər Mehdiyev, islahatların səmərəliliyinin artırılması, beynəlxalq ticarətin sürətli və asan şəkildə həyata keçirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin tam təmin olunması məqsədilə gömrük sistemində bir sıra yeniliklərin reallaşdırıldığını bildirib və “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı dövlət başçısının son fərmanını xarici ticarət iştirakçılarının fəaliyyətinə mühüm töhfə, yeni il hədiyyəsi kimi səciyyələndirib.

“Yaşıl dəhliz” buraxılış sisteminin artıq pilot variantda həyata keçirildiyini, 2019-cu il fevralın 1-dən isə ixracda tam tətbiq olunacağını vurğulayan Komitə sədrinin sözlərinə görə, nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən electron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər.
Qeyd olunub ki, bu qayda vətəndaş-məmur təmasını minimum endirməklə şəffaflığın tam təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, fevral ayının 1-dən idxal əməliyyatları ilə məşğul olan sahibkarlar da bu sistemin faydalarından yararlanacaqlar.

Səfər Mehdiyev yeni sistemin maliyyə intizamının gücləndirilməsinə, sahibkarlar arasında könüllü riayət prinsipinin formalaşmasına şərait yaradacağını da diqqətə çatdırıb.

Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev “Yaşıl dəhliz” buraxiliş siteminin tətbiqinə dair təqdimatla çıxış edib.

Daha sonra kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək Prezident İlham Əliyevin imzaladığı fərmanın iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac potensialının gücləndirilməsinə münbit şərait yaradacağını bildirib və buna görə dövlət başçısına təşəkkürünü ifadə edib.

Ölkədə qeyri-neft sektorunun, aqrar sahəninin kişafı istiqamətində görülən işlər barədə də məlumat verən İnam Kərimov bütün sahələrdə istehsalın dayanıqlı artımının təmin olunduğunu bildirib. Nazir “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı imzalanan son fərmanı kənd təsərrüfatı məhsullarının ixracı sahəsində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyevin “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı imzaladığı son fərmanı ölkədə həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirib və bildirib ki, bu fərmanda nəzərdə tutulan məsələlərin icrası idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına şərait yaradacaq. Agentliyin rəhbəri vurğulayıb ki, yeni qayda qida məhsullarının idxal-ixrac prosesi zamanı da sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək.

Vergilər nazirinin müavini Mətin Eynullayev “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı yeni qaydanın tətbiqinin şəffaflığın təmin olunması üçün bir nümunə olduğunu, xarici ticarət iştirakçılarının bir sıra üstünlüklər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Qeyd olunub ki, bəyannamələrin mallar gəlmədən öncə electron qayda da ötürülməsi, əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alacaq, iş güzar fəaliyyətin genişlənməsinə, gəlirlərin artmasına müsbət təsir göstərəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin ardıcıl reallaşması, bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlara yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Qeyd edilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas hədəflərindən biri xarici ticarətdə, o cümlədən ixracda bu sektorun payının əhəmiyyətli dərəcədə yüksəlməsindən ibarətdir. Orxan Məmmədov “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı yeni qaydanın tətbiqinin bu istiqamətdə mühüm töhfə verəcəyini də diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, “Caspian European Club”un icraçı direktoru Telman Əliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova çıxış edərək sözü gedən fərmanın sahibkarlıq fəaliyyətinin stimulaşdırılması, ölkənin ixrac potensialının gücləndirilməsi və şəffaflığın təmin olunmasında mühüm rol oynayacağını vurğulayıblar.

Daha sonra forum iştirakçıları adından ad günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubunun mətni oxunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !