Putinin İlham Əliyev haqqında fikirləri... - - Açıqlama

“Putinin İlham Əliyev haqqında fikirləri...” - Açıqlama

“Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubu və telefon zəngi zamanı səsləndirdiyi fikirlər cənab İlham Əliyevin öz ölkəsinin həqiqi lideri olduğunun göstəricisidir”.

Rusiya başçısının Azərbaycan prezidentinə təbrik məktubu və telefon zəngi haqda açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Rufiz Qonaqov belə deyib.

O, İlham Əliyevin uzaqgörün siyasi xadim və beynəlxalq münasibətlərdə böyük hörmət qazanmış lider olduğunu bildirib:

“Doğum günü ərəfəsində cənab Prezidentə müxtəlif ölkələrdən, o cümlədən, Rusiya rəhbəri Vladimir Putin tərəfindən təbrik məktubu ünvanlandı, telefon zəngləri edildi. Bu məktub və telefon zəngindən də məlum oldu ki, 2018-ci il Rusiya-Azərbaycan münasibətləri baxımından əlamətdar il oldu. İl ərzində Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri baş verdi.

Bu səfərlər çərçivəsində iki ölkə arasında müttəfiqlik, yaxın qonşuluq, qarşılıqlı əməkdaşlıq, ticarət və digər sahələri əhatə edən sənədlər imzalandı. Baş verənlər onu göstərdi ki, Azərbaycan digər ölkələrlə yanaşı, Rusiya ilə də ikitərəfli və çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir. İşğalçı Ermənistan istisna olmaqla, Azərbaycan regionun və dünyanın digər dövlətləri ilə yüksək səviyyədə münasibətlər qurub. Bunlar İlham Əliyevin bir siyasətçi kimi ustalığının nümayişidir. Cənab prezident Azərbaycanın milli maraqlarını əsas tutaraq, müstəqil daxili və xarici siyasət yürüdür”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda Rusiya prezidenti Azərbaycan dövlət başçısını "uzaqgörən siyasi xadim", "öz ölkəsinin həqiqi lideri" adlandırıb və onun doğum gününü təbrik edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !