Sumqayıt Dövlət Dram Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə gerçəkləşdi - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə gerçəkləşdi (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə dekabrın 25-də gerçəkləşdi. Teatr truppası şəhər icra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq qış nağılının qəhrəmanları ilə birgə Yeni ili qarşıladı. Tədbirə şəhər ictimaiyyəti, sakinlər və qonaqlar da qatıldılar. Şaxta baba və Qar qız meydan məzhəkə teatr estetikası prinsipləri ilə tamaşaçılarla birbaşa ünsiyyətə girərək onların arzu və istəklərindən hali oldular. Rəqs qrupu kiçik yaşlı uşaqları rəqsə dəvət etdi. Əlbəttə, arada aktyorların improvizəsi də, şən, bayram əhval ruhiyyəli musiqi nömrələri də tədbirə xüsusi ovqat bəxş etdi. Bir sözlə , bu gün şəhər sakinləri unudulmaz bir gün yaşadılar. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )